Mariya Zaxarova Azərbaycandan sübut gözləyir

Hər zaman Azərbaycana qarşı sərt fikirlərdə olan Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova yenə ölkəmizin əleyhinə çıxış etmişdir. Zaxarova brifinq zamanı bildirmişdir ki, son zamanlar Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlara Livandan köçürülmüş ermənilər barəsində Rusiya hökumətinin əlində heç bir sübut yoxdur. Azərbaycana qarşı qərəzli mövqedə olan Zaxarova Beynəlxalq Təşkilatların və hətta ermənilərin özlərinin hər gün açıq şəkildə bu barədə bəyanat verərək bildirdiyi, güya bunlardan Kremlin heç bir xəbəri olmamış kimi söyləməsi açıq şəkildə Rusiyanın mövqeyini ortaya qoyur. Lakin Mariya Zaxarova bu köç prosesini gizlətməklə, Rusiyanın ATƏT-in Minsk qrupundakı məsuliyyəti və danışıqların sülh yolu ilə həllinə böyük zərbə vurmuş olur. Hər zaman olduğu kimi Azərbaycanın bu məsələyə aid nümayəndələri Mariya Zaxarovanın qarşısında acizlik nümayiş etdirirlər.

İmza; Mikayıl Əsədov.

Bunu paylaş: