Mardindəki yol qəzasında terror şübhələri…

Türkiyədə baş verən ard-arda yol qəzası çoxlu sayda can almaqdadır. Bu qəzalarda diqqətimizi çəkən Mardində baş verən yol qəzası olmuşdur. Çoxları bunun normal qəza olduğunu düşünsə də, kadrlardan baxanda terror aktına bənzəməkdədir.
Türkiyənin apardığı uğurlu anti-terror əməliyyatları bütün terrorçuların əl- qolunu bağladığı üçün, bu şərəfsiz kütlənin  yol qəzası adı altında terror etmələri istisna edilmir.

İddia edilir ki, Mardində baş verən qəzada, yük avtomobilinin əyləci partlaması nəticəsində, idarə etməni itirmiş və nəticədə 16 nəfərin ölümü, 29 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası törədilmişdir. Ölənlərin sayının artması istisna edilmir.

Kadrlada yük avtomobilinin yüksək sürətlə yoldan çıxaraq insanların üzərinə sürməsi bizlərdə şübhə yaratmaqdadır. Fikir versək görərik ki,  döngəli yol olmasından avtomobilin bu cür sürət yığması da daha bir sübhə yardır. İkinci sübhə isə,  ikinci yoldan və qarşılarında duran digər avtomobilllərin arasından sızaraq insan kütləsinin  üzərinə sürməsi daha bir sübhəli məqamlardan biridir.

Kadrlarda hər şeyin açıq göründüyü və bir yol terrorunun ola biləcəyi istisna edilmir. Bu gün Türkiyə dünyada ən çox terrordan əziyyət çəkən bir ölkə olmasına baxmayaraq, son zamanlar bu tip hadisələrlə çox böyük mücadilə aparmaqdadır. Demək olar ki, hökumət əvvəlki illərə baxanda ölkədə sabitliyi qorumuşdur. Bu gün digər vəhşiliklərə əl ata bilməyən terrorçuların, yol terrorundan istifadə edə biləcəkləri də istisna edilmir.
Hələlik istintaq işləri başladılmış və yaxın günlərdə bu qəzaya hansı qiymət veriləcəyi barədə ictimaiyyətə xəbər veriləcəkdir.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın