Manqurtlar

 

Vətəndaş S.T.Hacıyevin oğlu, bu günlərdə N saylı hərbi hissədə düşmənlə sərhəddə keşik çəkərlən, avtomat gülləsindən açılmış atəşlə yetirilmiş xəsarət nəticəsində həlak olmuşdur. Həmişə olduğu kimi, hərbi hissədə ataya oğlunun ölümü ilə bağlı, müxtəlif ziddiyyətli səbəblər bildirilmişdir. Ata, rəsmi qaydada Müdafiə Nazirliyinin rəhbərliyinə müraciət edərək, oğlunun həlak olmasının səbəbləri barədə ona dəqiq məlumat verilməsini və həlak olmuş oğluna, şəhid statusu verilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Müdafiə Nazirliyinin idarə rəisi olan generalın imzaladığı məktubda ona, konkret olaraq, sorğusu ilə bağlı cavab vermək əvəzinə, mövcud qanun normalarının məzmunu uzun-uzadı sadalandıqdan sonra, şəhid statusu məsələsinin həlli üçün, oğlunun ölümü ilə bağlı hərbi hissə tərəfindən tərtib edilməli olan arayışın surətinin onlara göndərilməsi tələb olunub. Deyəndə ki, orduda özbaşınalıqdır, generallar yerində deyil, inciyirlər.

Baxın, Müdafiə Nazirliyinin rəhbərliyi əsgərin ölümünün səbəbləri barədə, onun xidmət etdiyi hərbi hissə tərəfindən tərtib edilməli olan arayışı, əsgərin atasından tələb edir. Vallahi bunlar donuz otarandır. Yaxud da, düşünülmüş şəkildə bu xalqı ələ salıblar. Ata oğlunu vətənə əmanət verib. Orduda olduğu müddətdə əsgər, ordu rəhbərliyinin ixtiyarındadır. Əsgərin ölümünə də, onlar məsuliyyət daşıyırlar. Atanın borcu deyil, əsgər olan oğlunun ölümü və ölümünün səbəbləri barədə arayış toplasın, ey manqurtlar. Sizi o vəzifələrə təyin edənlərin…

Bu vətənin havasını udmaq belə sizə haramdır.

Namizəd Səfərov.

Bunu paylaş:

Bir cavab yazın