Maliyyə naziri Samir Şərifov xalqın pullarını ölkədən necə çıxarır…

 

Azərbaycan xalqının pullarının oğurlanmasını təşkil edən və illərdir ölkədən pullarımızı çıxardıb “Ofşorlara” yatırım edən bu şəxs dərhal həbs edilməlidir. Söhbət Azərbaycanın Maliyyə naziri Samir Şərifovdan gedir. Azərbaycanda bütün pul əməliyyatlarına nəzarət şəxsən Şərifov tərəfindən icra edilməkdədir. Nazir işlədiyi zamandan bu günə kimi bir dəfə də olsun bu insan xalqın gəlirləri və xərcləri barəsində şəffaf izahat verməmişdir. Bu insanın adı hər dəfə beynəlxalq qurumların hesabatında “çirkli pulların yuyulmasında” hallanmışdır.

Təəssüf edin ki, bu insan xalqımızın gəlirlərinin bir qismini “Heydər Əliyev” fonduna keçirmək, qalan bir çox qismini isə ölkədən çıxarmaqla məşğuldur. Maliyyə Naziri ölkədə korrupsiyanı təbliğ edən əsas insanlardan biridir. Şəxsən Samir Şərifovun imzası ilə millətimizin pulları yoxa çıxır. Azərbaycanda böyükdən kiçiyə dövlət qurumları hamısı Maliyyə Nazirliyi tərəfindən maliyyələşir və böyük israfçılığa yol verilir.
Məsələn: İlham Əliyev bir yolun tikintisinə 20 milyon manat ayırır. Bu pulun ödənməsi üçün isə Samir Şərifov imza atır. Çox sadə 1 milyon manatlıq işə 20 dəfədən də çox pul ayrılır.

Bununla da xalqımızın gəlirləri, müəyyən maliyyə əməliyyatı ilə kimlərinsə (yuxarıdakıların) ciblərinə sakitçə göndərilir. Samir Şərifov hakimiyyətin xalqdan oğurladığı pulları, xaricə çıxartmağa həm təşkilatçılıq, həm də başçılıq edir. O xarici dovlətlərdə minlərlə şirkət yaradaraqz Azərbaycan xalqının gəlirlərini hēmin şirkətlərin hesabına köçürür. Həmin şirkətlər vasitəsi ilə xarici dövlətlərdə 90 faiz mülklər alınır və biznes yatırımları edilir. Uzun zamandır ki, bu insan hər il ölkəmizdən milyardlarla pulu xaricdə yuduzdurmağa müvəffəq olur. Digər tərəfdən isə xalqın gəlirlərini azaldaraq, vətəndaşları bank kredit sistemlərindən məcburi asılı vəziyyətdə saxlayırlar. Yəni Azərbaycanda sistem elə qurulub ki, xalqımıza yalnız büdcədən qəpik-quruş çatmaqdadır.

Nəzərə alsaq ki, ölkəmizin büdcəsi xarici valyuta ilə tənzimlənir. Manatın dəyəri ilə ən azı 1.5 dəfə azdır. Üstəlik də burdan qalan qalıq pullar bir tərəfdən yoxa çıxır. Samir Sərifovdan Milli Məclisdə deputatlar şəffaf izahat tələb etməlidir. Bəsdir xalqın başına oyunlar gətirdiniz. Hər il ölkədən çıxarılan pulların dəyəri milyardlarla ölçülməkdədir. Ölkədəki maliyyə strukturunda dərhal islahat aparılmalı və Maliyyə naziri istefaya göndərilib həbs edilməlidir.

 

Mikayıl Əsədov.

Bunu paylaş: