Makronun qısqanclığı

 

Aldığımız xəbərə görə Fransa prezidenti Emmanuel Makron fevral ayının 7 – də Rusiyaya, bir gün sonra isə Ukraynaya səfər edəcəkdir. Fransa Prezident Adminstrasiyasından verilən məlumata görə səfərin məqsədi, son vaxtlar iki slavyan ölkəsi arasında baş vermiş gərginlikdir. Emmanuel Makronun by səfər çərçivəsində yeni təkliflər irəli sürəcəyi gözlənilir.
Bir sözlə, Fransa tərəfi bu bölgədə sülhün bərqərar olunması üçün əlindən gələni etdiyini bildirir.

Həqiqətən də mi Emmanuel Makronun iki ölkəyə səfəri sülhə hazırlanıb?
Siyasi tezislərlə izləsək, Fransa prezidentinin məqsədi bölgədə Türkiyənin söz sahibi olmasının qarşısını almaqdır. Son vaxtlar Asiya, Afrika, Avropa materiklərində Türkiyənin geopolitik oyuncuya çevrildiyini görürük. Qardaş ölkənin güclənməsi isə, Fransanı narahat etmiyə bilməz.
Reallıq budur ki, dünyanın bir çox ölkələri siyasi dəstək üçün rəsmi Ankaraya müraciət etməkdədirlər. Fransa isə bunun qarşısını almaq üçün əlindən gələn təzyiqləri etməyə çalışır.

Ukrayna – Rusiya məsələsində deyə bilərik ki, Fransanın sülhü bərqərar etmək üçün heç bir şansı yoxdur. İllərdir ki, rəsmi Parisin təşkilatçılığı ilə bir nəticə əldə olunmamışdır. Ən azından Zelenski və Putinin Rəcəb Tayyib Ərdoğanla daha sıx əlaqələrə malik olduğunu görməkdəyik. Bir sözlə, Makronun tələsik səfərinin nəticəsiz qalacağı real görünür.

Rəşad Şıxəliyev.

Bunu paylaş:

Bir cavab yazın