Makron Paşinyanı şikayət edir

Fransa prezidenti Emanuel Makron mətbuata açıqlama verərək Ermənistan prezidenti Nikol Paşinyandan şikayətlənmişdir. Fransa prezidentinin sözlərinə görə o, Qarabağda müharibə getdiyi bir vaxtda  Paşinyanla  telefonla mesajlaşdığı zaman ona yardım əlini uzatsada,  Ermənistan prezidenti bu  köməkdən imtina etmişdir. Makron daha sonra bildirmişdir ki, Paşinyan özüdə Fransadan açıq kömək istəməmişdir. Makronun bildirdiyinə görə, noyabr ayının 10-da imzalanan bəyanat barəsində də onun xəbəri olmamışdır. Çünki Paşinyan bu haqda da Makronu məlumatlandırmamışdır. Makronun ikinci bir şikayəti isə ATƏT-in Minsk qrupunun həmsədr ölkəsinin başçısı olan bir prezidentin münaqişə bitdikdən sonra kənarda qalmasıdır.


Müharibə zamanı Fransanın Ermənistana daimi yardımı və hər şeyin boşa getməsi Emanuel Makrona çox təsir etmişdir. Paşinyanın Makrona münaqişənin vəziyyətindən xəbər verməməsi Rusiya amili ilə də ola bilər. Bu münaqişə Türkiyə və Rusiya tərəfindən həll edildiyindən ,üçüncu bir ölkənin müdaxiləsi yolverilməz oldu. Bu səbəbdən Putinin əmri ilə Ermənistan Fransanı oyundankənar vəziyyətə saldı.

Mikayıl Əsədov.

Bunu paylaş: