Mafia, Çin, Şimali Koreya, Rusiya və siyasi düşmənləri, kim Şinzo Abenin sui-qəsdini təşkil edib?

Yaponiyanın sabiq Baş Naziri Şinzo Abeyə qarşı olunan sui-qəsd onun həyatını itirməsinə gətirib çıxardı. Yaponiya mediasının verdiyi xəbərə görə, sui-qəsdçi ilk öncə kustar üsulla hazırlanmış bombanı partlatmamışdan əvvəl, eks-baş nazirə iki dəfə atəş açmışdır, nəticədə ağır yaralanan Şinzo Abe həkimlərin müdaxiləsinə baxmayaraq xəstəxanada həyatını itirmişdir.
Sui-qəsdçi həbs olumuş və səbəbini isə soruşduqda hansısa fond puluna görə bunu etdiyini söyləmişdir.
Düzdür, hələlik səbəblər araşdırılır və ilkin versiya insanlara inandırıcı gəlmir.

Araşdırmamız onun göstərir ki, Yaponiya tarixində ən güclü baş nazir sayılan Şinzo Abenin ölüm səbəbləri başqadır.

İlk öncə qeyd etmək istərdim ki, o vəzifəsində olduğu müddətdə böyük silah və narkotik mafialarını hədəfə almışdır. Onun dövründə qara bazarda böyük sayda silah və narkotik alverçiləri həbs edilmişdir.
Bu isə yerli “Yakuza” mafiasının xoşuna gəlməmişdir. Dünyanın ən güclü mafialarından sayılan Yaponiya “Yakuza” ları çirkli pulların, silahın, narkotikin, bazarların, böyük tədbirlərin dövriyyəsi ilə məşğuldurlar. Hətta hökumətdə onları müdafiə edənlər də az deyildir. Ola bilər ki, Şinzo Abe işlədiyi dövrdə onların quyruqlarını taptalamışdır.

Digər tərəfdən, onun Yaponiya siyasətində qoyduğu dəst -xətt bəzi siyasi elitaya sərf etmirdi. Bəzi müxalifət liderləri o, vəzifəsindən getməyinə baxmayaraq iqtidarı onunla iş birliyi qurmaqda günahlandırırdı. Məsələ burasındadır ki, indi iqtidar daim Şinzo Abenin siyasətindən faydalanaraq hərəkət edirdi. Əsasən də xarici siyasətdə böyük təcrübəyə malik olan sabiq baş nazir ölkəsi üçün demək olar ki, imperator səviyyəsində birisi idi.

Sonuncu səbəb isə, baş nazir işlədiyi zaman Rusiya, Şimali Koreya və Çinə qarşı yürütdüyü siyasət idi ki, hər zaman bu üç ölkə Şinzo Abedən narazı idi. Əsasən də Cənubi Koreya və Yaponiyada Amerikalı müttəfiqlərin sayının artırılması, Moskva, Pekin və Pxenyanın xoşuna gəlmirdi.

Bir sözlə, Yaponiya böyük tarixi şəxsiyyəti itirmiş oldu. Ən azından onun qoyduğu siyasi dəst-xətt rəsmi Tokio üçün ən böyük uğur idi. Şinzo Abenin dövründə Yaponiya dünyada ən yüksək nailiyyətlər əldə etmişdir.
Bir sözlə, sabiq baş nazirə olunan sui-qəsd Yaponiya tarixinə qara hərflərlə yazəılmış oldu.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın