Madrid ve Kazan danışıqlarından söz gedə bilməz

Qəhrəman ordumuzun irəliləməsinə tab gətirməyən işğalçı Ermənistan artıq bütün variantlara əl atmağa başlamışdır. Bir neçə gün bundan öncə Paşinyan “Kazan” danışıqları prinsipini irəli sürmüşdür. Kazan danışıqlarında önəmli məsələdən biri isə Rusiya „Sülhməramlı” altında Azərbaycana soxulmasıdır. Paşinyan hiyləsinin baş tutmadığını görüb indi də iştahı „Madrid”prinsiplərinə düşüb. „Madrid” prisiplərində isə əsas məqam Laçın dəhlizi Dağlıq Qarabağa birləşdirilsin və yüksək səviyyəli Muxtariyyət verilsin. Bu arada artıq bir saniyəlik sülhdən belə söhbet gedə bilməz. Dünyada belə bir deyilim var – qələbə qazanan tərəf hər zaman qanunları yazar. İşğalçı Ermənistan məğlub olduğu halda isə bu dərəcədə hayasızcasına bizə şərt qoyması nə düşuncəli insanlar olduqlarından xəbər verir. Biz hər qarış torpaqlarımızı geri almadan hec bir sülhə imza atmayacayıq. Bunu artıq şanlı Azərbaycan ordusu düşmənə anlatmışdır.

Rəşad Şıxəliyev.

Bunu paylaş: