Mağarada gizlənmək olmayacaq

 


Tərtər qətliamından zərərçəkmişlər danışdıqca, başlarına gələn ağılagəlməz işgəncələri təsəvir etdikcə insanın damarında qanı donur.
Bu soyqırım cəmiyyətdə şok effekti yaratdığı halda, bəzi kanallar istisina olmaqla, demək olar ki, bütün rəsmi və qeyri rəsmi kanallar bu mövzuya diqqət ayırmırlar. Hətta Azerfreedom TV – nin yayım saatında diqqəti bu hadisələrdən yayındırmaq üçün sensasiya xarakterli verilişlər verməklə məşğuldurlar.
Sevindirici haldır ki, bəzi həqiqi siyasətlə məşğul olanlar, bloogerlər də yavaş – yavaş prosesə qoşulurlar.
Hakimiyyətin davranışı da maraqlıdır. Əvvəlcə özlərini görməməzliyə və eşitməməzliyə qoydular, sonra Ağdama jurnalistlərin səyahətini təşkil etdilər, daha sonra ehtiyatda olan general Rövşən Əkbərovu həbs edilər.

İlham Əliyev isə, ənənəvi olaraq, ara qarışan kimi özünü düşməndən azad edilmiş rayon və kəndlərə verir, populist çıxışlar edir və bayraqöpmə mərasimi keçirir. Uşaq kimi, bəzi yaşayış məntəqəsində üzərində işqal dövründə ermənicə adı yazılmış dəmir lövhəni demonstrativ şəkildə çıxardıb atır, ayaqlayıb, üstündə şəkil çəkdirir və s.

Bu dəfə başqatma səfəri işğaldan azad edilmiş, Füzuli rayonunda yerləşən Azıx mağarasına oldu. Yenə populist çıxışlar, şəkilçəkmə, bayraqöpmə mərasimi və s.
Müharibədən dərhal sonra belə hərəkətlər müəyyən qədər effekt verirdisə, artıq Tərtər qətliamında övladını itirmiş valideynlərin fəryadı fonunda bu hərəkətlər daha çox insanlarda qıcıq yaradır. Özünü fəxrlə ölkənin Ali baş komandanı adlandıran şəxs, orduda baş verən bu biabırçılığa reaksiya verməlidir.
Azıx mağazasında “gizlənməklə” məsuliyyətdən yayınmaq olmayacaq, bu yara çox dərinə işləyib.

Şahin Sirvanlı.

 

Bunu paylaş: