Mәhәmmәd Cavad Zәrifinin ölkəmizə səfərinin qaranlıq tərəfləri

 

İran İslam Respublikasının Xarici İşlər naziri Mәhәmmәd Cavad Zәrif Azərbaycanda rəsmi səfərdədir. Hava limaninda jurnalistlər qarşısına çıxan İranın XİN, bölgədə sülhün və sabitliyin qorunması üçün yeni əlaqələrin inkişafından söhbət açmışdır. Mәhәmmәd Cavad Zәrif ilk növbədə Şimal-Cənub, Cənub-Qərb dəhlizlərinin inkişafının vacibliyini bildirmişdir. Bölgədə olanTürkiyə ,Azərbaycan ,Gürcüstan, Rusiya və İranin gələcəkdə böyük layihələr üzərində işlədiyini və bu layihələrin bölgədə böyük inkişafa yol açacağını bildirmişdir. Təbii ki ,İran rəsmisinin ölkəmizə etdiyi səfərin bu, görünən tərəfidir.


Bu səfərin ikinci bir tərəfi isə Azərbaycan və İsrailin bir- biri ilə sıx əlaqədə olması , İranı çox narahat edir. Bu səfərə daha çox təsir edən tərəf isə Amerikanın yeni seçilmiş prezidenti Co Baydenin İrana dair açıqlamalarıdır. Amerikanın Yaxın Şərqdə ən yaxın tərəfdaşı İsrailin olduğu heç kimə sirr deyildir , Yerusəlimin isə ən güvəndiyi ölkələrdən biri Azərbaycan olduğu üçün cənub qonşularımızın narazılığı başa düşüləndir.


Üçüncü tərəfi – İranın son vaxtlar OPEK ölkələri ilə əməkdaşlığında problemlərin yaranmasıdır. İran iqtisadiyyatı neft-qazdan asılı olduğu üçün böhran zamanı OPEK üzvləri qaz-neft hasilatını azaltmalı olmuşlar və bu da bəzi ölkələr arasında narazılığa səbəb olmuşdur. Bu səbəbdən İran neft-qaz və digər məhsullarının Avropaya Azərbaycanın əlverişli kəmər və dəmiryolu vasitəsi ilə çıxartmaqda maraqlıdır.

Mikayıl Əsədov.

Bunu paylaş: