Mərkəzi Bank Vətən müharibəsində iştirak edən əməkdaşlarını qarşıladı

İkinci Qarabağ savaşındaMərkəzi Bankın daəməkdaşları iştirak etmişlər.Onlardan üçü zabit olmaqla, doqquz nəfəri cəbhədə hərbi əməliyyatlarda bilavasitə iştirak etmişdir.Düşmən üzərində böyük qələbəmizi şərtləndirən çoxsaylı üstünlüklərdən biri də ordumuzun yüksək səviyyədə hazırlığı olmuşdur.

Bunu, döyüşlərdən danışan igidlərimiz qeyd etmişlər.Bu döyüşçülərin bir qrupu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə”Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” mdalları və Fəxri fərmanla təltif olunmuşdur.
Mərkəzi Bankın sədri Elman Rüstəmov başda olmaqla, iş yoldaşları tərəfindən qəhrəmanlar böyük coşqu ilə qsrşılanmışlar.

Bunu paylaş: