Mərkəzi Asiyada, müharibənin alovlanmağında hansı güclər maraqlıdır

 

Aprelin 29 səhər saatlarından başlayaraq Tacikistan və Qırğızıstan sərhəddində atəşkəs pozulmuşdur. Hər iki tərəf, bir – birinə qarşı ittiham irəli sürməyə başlamışdır və nəticədə hər iki dövlət sərhəddinə ağır texnikalar cəlb edilmişdir. Dünən aldığımız məlumata əsasən, axşam saat 20:00- dan başlayaraq atəşkəs imzalansa da, hələlik bölgədə gərginlik davam etməkdədir. Bu bölgədə vəziyyət “Sovetlər birliyi” – nin dağılmasından başlamışdır. Yəni demək olar ki, Sovetlər zamanı Kreml bölgələrdə yaşayan xalqlar arasında konfliktlər yaradaraq hər iki tərəfi özündən asılı vəziyyətdə saxlamağa çalışırdı. Bu gün də belə vəziyyətlər hələ də qalmaqdadır.

Bölgədə hər iki ölkəni təxribata çəkən bir neçə maraq dairəsi var. Nəzərə alsaq ki, Qırğızıstanda Amerika hərbi bazaları yerləşməkdədir. Bu gərginlikdə Rusiya – Amerika izini də açıq şəkildə görə bilərik. Amerika bu gün Mərkəzi Asiyadan Rusiyanı çıxarmaq üçün bir xəbərdarlıq da edə bilər.


İkinci bir tərəfdən isə “İŞİD” terror təşkilatının ən çox kök saldığı bölgələrdən biri də bu bölgədir. Münaqişənin qızışmağında “İŞİD” – in də təsiri böyük ola bilər. Çünki Mərkəzi Asiya bölgələri dünyada ən çox terror təşkilatlarının olduğu yerlər sayılır. Bu bölgələrdə “Hizbullah,” “Taliban”, “Həmas,” “İŞİD” kimi terror təşkilatları fəaliyyət göstərməkdədir.

Sonuncu tərəf isə burda Çinin əli görünməkdədir. Rəsmi Pekin hər iki dövlətə külli miqdarda maliyyə verməklə, özündən asılı vəziyyətə salmışdır. Rusiya və Amerikanın bölgədə güçlənməsi ilə barışmayan rəsmi Pekin, hər iki tərəfi bir – birinə qarşı döyüşdürərək, zəiflədib bölgədən çıxartmaq istəyir.

Xatırladaq ki, atəşkəsin pozulması nəticəsində, hər iki tərəfdən ölən və yaralananlar olmuşdur. Hələlik 35 nəfər həlak olmuş, 100 nəfərə yaxın yaralanmışdır. Qeyd edək ki, ölənlər və yaralananlar arasında mülki şəxslər də vardır.

Mikayıl Əsədov.

Bunu paylaş: