Məqsədimiz xalqı xilas etməkdir

Hörmətli oxucular, sizlərə 2018-ci ildən fəaliyyətə başlayan “AzerFreedom TV” kanalından bəhs etmək istərdik. AzerFreedom ailəsinin lideri Qurban Məmmədovun son iki il yarımda xalqın təşkilatlanması və siyasi maarifləndirilməsi sahəsində gördüyü işlər əvəzolunmazdır. Qurban bəyin və AzerFreedom ailəsi ölkəmizdə korrupsiya, rüşvətxorluq, insan haqqları, məmur özbaşnalığı və.s bu kimi problemləri işıqlandıraraq, bu nöqsanların səbəbini və bu vəziyyətdən çıxış yolunu göstərməklə xalqımızı təşkilatlanmağa çalışır.


Bu mübarizə zamanı Azərbaycan hakimiyyətinin Azerfreedom ailəsinə qarşı hücumları heç vaxt səngimək bilməmişdir. Buna misal olaraq AzerFreedom ailəsinin üzvlərindən olan  Firudin Ələkbərlinin  qətlə yetrilməsi və  Elvin İsayevi  2019-cu ilin sonunda hakimiyyət tərəfindən Ukraynadan oğurlanaraq Azərbaycana aparılmasıdır. Bu yaxınlarda E. Isayevə qanunsuz olaraq 8 il müddətinə həbs cəzası verilmişdir.

Yaxud, siyasi fəaliyyətinə görə əvvəllər üç dəfə həbs edilmiş Qurban Məmmədova qarşı hakimiyyət tərəfindən Azərbaycan tarixində görünməyən bir haqsızlıq baş verməsidir. Belə ki, Bakı şəhərində olan qanuni mənzili heç bir əsas və məhkəmə qərarı olmadan vəhşicəsinə dağıdılmış, ailə üzvləri, o cümlədən azyaşlı nəvələri çölə atılmışdır.


Bundan əlavə, Qurban Məmmədov və AzerFreedom ailəsinin bir neçə üzvü hakimiyyətin saxta ittihamları ilə “İnterpoll” vasitəsilə axtarışa verilmişdir. Bütün bunlar, AzerFreedom ailəsinin və AXH nin güclənməsi, xalq tərəfindən dəstək almasından İ. Əliyev hakimiyyətinin narahat olmasının əlamətidir.
Artıq dünyanın hər yanında AzerFreedom ailəsinin üzvləri gündən -günə artmaqdadır. Bu gün AzerFreedom Nederland, AzerFreedom Belçika, AzerFreedom Almanya, AzerFreedom Rusiya, AzerFreedom Qazaxıstan, AzerFreedom Amerika və s. aktiv fəaliyyət götərməkdədir.

Qurban Məmmədov və Klassik Xalq Cəbhəsinin lideri Mirmahmud Mirəlioğlu , faktiki olaraq Əbülfəz Elçibəydən sonra yarımçıq qalmış Azərbaycan Xalq Hərakatının ölkəmizdə yenidən fəaliyyətininin davam etməsinə nail olmuşdurlar.

Bu fəaliyyətin məqsədi ölkəmizdə demokratik seçki yolu ilə xalq hakimiyyətinin qurulmasıdır. Qurban bəyin 2020-ci ilin iyul ayında təsis etdiyi xəbər portalı (www.axh-az.com) da Azərbaycan Xalq Hərəkatının ideyalarını və Azərbaycan həqiqətlərini ictimaiyyətə çatdırmaqla məşğuldur.

Mikayıl Əsədov.

Bunu paylaş: