Mənim “ağıllım”

 

Müasir insan özünü smartfonsuz (ağıllı telefon) təsəvvür edə bilmir. Həmin telefonların saysız – hesabsız funksiyalarını sayıb sizi yormaq istəmirəm. Lakin məni yaxşı mənada təəccübləndirən odur ki, bu telefonlar adam kimi vaxt keçdikcə elə bil daha da “ağıllanırlar”.

Mənim nə dediyimi anındaca tutub ardını özü yazır, sadəcə mən yazının üstünə barmağımı basıb, razılıq verməliyəm.
Məsələn, mən “balıq” yazan kimi telefon anındaca nə yazacağımı başa düşür və mənə “başdan iylənir” ifadəsini təklif edir və s.
Yaxud mən yazıram “Əli” telefon göstərir: Kərimli, Ramiz Mehdiyev, 5 – ci kalon, söyüş söyən trollar, saxta müxalifət…
Yazıram : “İq” ( kifayət edir), çıxır – İqbal Ağazadə, Hikmət Həsənova ( nədənsə həmişə Həsənova çıxır) Xanlar Vəliyev, PKK, Bəylər Eyyubov (həm də Əyyubov çıxır).
Yazıram: “Tə”, çıxır Tərtər soyqırımı, qətliamı, dövlət terroru, Nəcməddin Sadıqov, Zakir Həsənov, Xanlar Vəliyev, Hikmət Həsənova, Mais Barxudarov, Tofiq Şahmuradov… telefon az qalır partlasın.
Yazıram, “Ras”, çıxır Rasim Musabəyov, nəsillikcə satqın, rus agenti, başdan xarab və s.
Yazıram “Jirinovskiy”, çıxır alçaq, it kimi hürən, donuz, kloun…
Yaxud, yazıram “sayın” çıxır Cümhurbaşqanım R.T.Ə, güvənimiz sizədir, İ. Əliyevə güvən yox.
“Ağıllı” yaxşı yazılar da təklif edir:
məsələn, yazıram “İlham”, çıxır “Aslanoğlunu qorumaq lazımdır”.
Yazıram “Qu”, çıxır “Qurban bəy səhhətinə fikir ver”. Yazıram “Mir”, çıxır Mirmahmud ağa, Mirşahin. “Mirmahmud ağanı” seçirəm, yazır ki, ağsaqqalımızdır, kişi adamdır.
Seçirəm “Mirşahin”, ardınca gəlir Cəlal Əliyevin bu adam haqqında dediyi bütün ədəbsiz sözlər ( bu arada “ağıllı” tərbiyəsizlik edir. Yəqin ona gəlir ki, normal halda akademik pis söz danışmaz).
Axır vaxtlar, “ağıllı” bir qədər çaşıb.
Bu barədə bir qədər ətraflı:
məsələ ondadır ki, bizim qrupda Rüfət bəy adlı bir dostumuz var.
Gənclik vaxtı Rüfət bəyə iş yerində olarkən növbə rəisi işin sonunda növbədə olan “qazancdan” ona 10 manat ( Sovetlər dövründə) məcburi “pay” verir.
Rüfət bəy evə rüşvət aparmağın pis şey olduğunu bildiyini və valideynlərin onu məzəmmət edəcəyini bildiyi üçün pulu küçədə atıb gedib.

Mənim bu “ağıllı”m isə ( artıq mən onun ağlına yavaş – yavaş şübhə edirəm) hər dəfə Rüfət bəyin adını yazanda gözümü oğurlayıb “Rüşvət bəy” yazır.
Mən də Rüfət bəydən hər dəfə üzrhaqlıq edirəm və o da “artıq öyrənmişəm” deyərək gülür.
“Ağıllı” ilə şərt kəsmişəm, əgər bir də özünü ağılsız aparsa onu göndərəcəyəm İ. Əliyevə, qoy onu deputat eləsin, məsələn, Rasim Musabəyov kimi, yox əgər tərbiyəsizlik eləsə onu göndərəcəyəm V. Putinə, qoy o, ondan deputat düzəltsin, məsələn, Jirinovskiy kimi.
Maraqlıdır ki, “Jirinovskiy” yazanda it, donuz smayklları çıxır.
Xatirə, Zöhrə, Yaqut, Sevinc, Validə, Vəfa, Məlahət, Səmayə, Solmaz xanımlarının adlarını yazarkən telefonu gül – çiçək bəzəyir. Mənə elə gəlir ki, güllərin ətrini hətta telefondan belə hiss edirəm.
Mehdi bəy yazanda, “hakkın carçısı”, “nə yaxşı ki, siz varsız”, Pərvin, Qoşqar, Tahir, Valeh, Hafiz, Mikayıl, Əliəşrəf, Rəşad, İbrahim və bir çox bəylərin adlarını yazan kimi tək bir ifadə gəlir – Vətən fədailəri.

“Şa” yazan kimi gəlir:

Şahin Şirvanlı.

Bunu paylaş:

Bir cavab yazın