Mən sağ olum, cümlə cahan batsa da batsın…

 

Xalq özünü yatmışlığa vursun, görək bu hakimiyyət daha nə kimi zülmlər fikirləşib xalqa çəkdirəcək. Operativ Qərargah yenidən millətin əsəblərini, bir az da tarıma çəkməyə söz verib; fevral ayının 2 – ci həftəsindən sonra, 2-ci dozanı qəbul etmiş şəxslərin vaksin sertifikatları qüvvəsini itirəcək. Sertifikatın yenidən aktiv olması üçün üçüncü dozanın vurulması vacib olacag. Hələlik ölkədə “Omicron” ştamı qeydə alınmadığından, qəbul olunmuş qərarlar qüvvədə qalır. Qeydə alınsa, bəzi məhdudiyyətlər qaçılmaz olacaq.
Bütün dünya qurulmuş bu saxta virusun oyununa gələrək, insanlara mənşəyi bilinməyən yeni çıxmış “vaksin” ləri sırımaqla, öz büdcələrini doldurmağa nail olurlar. O cümlədən də Azərbaycanda, vaksinlərə ayrılan vəsaiti mənimsəmək üçün xarici ölkələrdən gətiriləcək olan vaksinləri, birə 5 qat yazaraq ayrılan pulları ciblərə daşıyacaqlar.
Çox keçməz “Omicron” ştammını bəhanə edərək, yeni məhdudiyyətlər tətbiq edib, insanları yenidən evlərinə məhkum edəcəklər. Onsuz da sosial dolanışığı çətin olan ailələr, sərt qərarlardan sonra gərgin həyat mübarizəsinə düçar olacaqlar. Dövlətin dayaq strukturu Xalqdır.İlk öncə milləti düşünmək, onlara yardım etmək gərəkdir. Nə yazıq ki, vəzifəsindən sui – istifadə edənlər, yalnız özlərini düşünürlər.
Bu yerdə mərhum şairimiz M.Ə.Sabirin sözləri yadıma düşür:” Mən salim olum, cümlə cahan batsa da batsın, nə işim var”…

Dövlət aztəminatlı ailələrin rifahını düşünmək əvəzinə, saxta vaksinləri almağa qərar verərsə, durum sosial partlayışa gətirib çıxara bilər. Xalqın qayğısına qalmayan hakimiyyət və parlament yaxşı olardı ki, proqram tərtib edib dolanışığı çətin olan ailələrə yardım edəydi.

Rəşad Şıxəliyev.

Bunu paylaş:

Bir cavab yazın