Mən qardaş Türkiyəyə və Pakistana müraciət edirəm. Dünyanın bunun fərqində olmasının artıq vaxtı çatmışdır.

Yaşadığımız dövr tarixi hadisələrlə o qədər zəngindir ki, bir əhəmiyyərli informasiyanı düşüncə süzgəcindən keçirməyə belə fiziki vaxt tapmaq artıq müşkülə çevrilmişdir.

Amma elə hadisələr ortada vardır ki, onlardan yan keçmək özünü eşitməzliyə vurmaq sadəcə olaraq mümükün deyildir. Elə hadisələr vadır ki, onlara vaxtında adekvat reaksiya verməmək özünə, vətənə, müqəddəs torpağa xəyanət kimi dəyərləndirilməlidir.

Mənim təmsil etdiyim nəslin zamanın  əlli illik kəsiyində dünyada baş verən katakilizmaların müşahidəçisi və iştirakçısı olmaq nəsibi olmuşdur. Dünyada güc balansının mövcudluğu olan dövrdə hamının nəzər-diqqəti SSRİ və ABŞ-a yönəlmiş idi.

O vaxtlar SSRİ-ni dünyada sülhün dayağı kimi qəbul edir. Bəşəriyyətin gələcəyini onunla bağlı görürdülər. Sözsüz ki, vəhşi kapital bunu qəbul etir və bu ölkənin dağıdılması və tarixdən silinməsi üçün milyardlarla ölçülən vəsait xərcləməkdən belə çəkinmirdi.

Dünya kapitalının fəhlə-kəndli hakimiyyətinin mövcud olduğu SSRİ dövətinin çökdürülməsi üçün on illər boyu həyata keçirdiyi məkrli, xəyanətkar siyasət nəhayət ki, nəticəsini verdi. Sov.İKP-yə rəhbərliyə gətirilmiş Mixail Qorbaçovun xəyanəti və satqınlığının bu işdə həlledici rolu oldu. Burada haqlı olaraq bir sual ortaya çıxır. Bəs dünya bundan nə əldə etdi? SSRİ-nin məhvindən keçən 30 il vaxt özü bu suala qərəzsiz və obyektiv cavab verir.

Sülhün dayağı olmaqla, güc balansı kimi çıxış edən ölkənin tarixin arxivinə göndərilməsi Amerika Birləşmiş Dövlətinə fürsət yaratdı ki, dünyada jandarm funkiyasını öz üzərinə götürsün. Baş verən yeniliyin ilk qurbanı Səddam Hüseyn oldu. Neft gəlirlərini Amerikaya axıtmaqdan imtina edən İraq nüvə silahı istehsal etməkdə günahlandırıldı. Amerika birtərəfli qaydada, beynəlxalq qurumların üzərinə tüpürərək bəşəriyyət qarşısında musqul nümayiş etdirdi. “Səhrada fırtına” əməliyyatı adı altında suveren dövlətə hücm etdi. Səddam və onun ölkəsini məhv etdi. Nüvə silahının mövcudluğu  barəsində bu gün də məlumat yoxdur. ABD-dən də bu barədə nəsə soruşa bilən də tapılmır.  Cünki güc onun tərəfindədir, hegemondur. Jandarmını maraqları sözsüz ki, bununla bitə bilməzdi. Məlum olanda ki, digər neft ölkəsi Liviyanın prezidenti Kəddafi ölkədə hakimiyyətinin qorunub-saxlanılması, diktatoriyanın ömrünün uzadılması üçün dayağı Liviya xalqının arasında deyil, Nikolay Sarkaziyə rüşvət ötürməkdə görmüşdür. Bu super güclərin maraqlarının toqquşması ilə nəticələndi. “Ərəb baharı” adı altında genişmiqaslı inqilab təşkil olundu. Liviya, Misir hökmdarları öz hakimiyyətlərini və başlarını itirdilər, Suriya xarabazarlığa çevrildi. Bu ölkənin insanları öz ata-baba yurdlarından didərgin salınmışlar və hazırda dünyanın müxtəlif ölkələrində çox ağır, qeyri-insani şəraitdə yaşamağa məcburdular. Dünyada gedən bu dağıdıcı proseslərdən Rusiya Federasiyası da bəhrələnmək qərarına gəldi. Çünki ona rəhbərliyi mənimsəmiş Putin də imperialist ambisiyaları da alovlanmaqda davam edir. Suriyaya silahlı qüvvələr yetirməklə, oyun iştirakçısına çevrildi və hazırda da orada vəziyyətin stabilləşməsinə maneələr törədir. Nəticədə ziyan çəkən Suriya xalqıdır.

Özlərini dünyanın yiyəsi hesab edən qüvvələr hazırda bir-çox ölkələrdə maraqlarına uyğun bölgülərin təmin ediləməsində razılığa gələ bilmirlər və günahsız insanların qanı axıdılır. Məzlum insanlar işgəncə altında yaşamağa məcburdular.

Oxucularımın nəzərinə çatdırıram ki, bu yazıda məqsədim çox da uzaq olmayan tarixə ekskurs etmək deyildir. SSRİ üçün də nostalji hisslər yaşamıram. Əsas məramının ondan ibarətdir ki, qəbul etmiş olduğumuz İslamın müqəddəsliyinə diqqət yönəltməkdir. Hamı çox yaxşı bilir ki, yer üzünə sonuncu nazil olan səmavi kitab Quranı Kərimdir və bu əvvəlkilərlə müqayisədə daha təkmildir. Bu müqəddəs kitabın ana xəttini haqq və ədalətin göz bəbəyi kimi qorunması, insanların bir-birinə qarşı ədalətli, mərhəmətli olması təşkil edir. Bu gün dünyada gedən proseslərə diqqət etdikdə belə bir nəticəyə gəlmək olar ki, uca Tanrı bəşəriyyətin (yaratdıqlarının) gələcək taleyi üçün məsuliyyəti İslamı qəbul edənlərin üzərinə qoymuşdur. Bu anlamın qəbul edilməsi və yaşamağa haqqının olduğu yaxın tariximizin təhlillərindən rişələnir. Çoxlarının hələ də yaddaşlarında aktiv kateqoriyalı hesab olunan dünya əhəmiyyətli prosesləri xatirimizdə canlandıraq. 1980-ci illərin ikinci yarısından başlayaq SSRİ-də çox ciddi proseslər getməyə başladı. Ağlının yerində olduğuna əsaslı şübhələr olan sərsəm ,əyyaş qocalar ölkənin ən yüksək kreslosunda bir-birini əvəz etdilər. Nəhayət dünya kapitalına satılmış “İşarəli Mixail” baş kresloya yiyələndi və hamının gözləri qarşısında nəhəng bir ölkə məhv edildi. İndi isə oxşar proseslər Rusiyada baş verir və bu gün tam əminliklə deyə bilərəm ki, artıq imperiya iddiaları ilə yaşayan ölkənin sonu çox yaxındadır. Dünyada nizam-tərəzini əyən, ədalətsiz jandarım rolunda çıxış edən Amerika Birləşmiş Dövlətini SSRİ-dən daha ağır tale gözləyir. Bunula bağlı artıq konturları görünən iki istiqaməti qeyd edirəm.

  1. Koronavirusdan (tanrının haqsızlığa qarşı xəbərdarlıq üsyanı) – Amerika və Rusiya ən çox ziyan çəkən ölkələr olacaqlar.
  2. Cozef Baydenin Amerikada rəhbər kresloda oturdulması.

Onun çıxışlarına diqqətlə qulaq asanda şahidi olursan ki, bir fikirdən başlayıb, onunla tamamilə ziddiyətdə olan digər fikirlə müraciətləri başa çatdırır. Bu o deməkdir ki, yaddaş limiti bitmişdir. Bəşəriyyətin baş jandarmı rolunu oynayan ölkənin başında oturan belə bir sərsəm qocanın barmağının altında nüvə silahının düyməsinin olduğunu yada salsaq hansı reallıq qarşısında olduğumuz barədə nəticə çıxarmaq çox da çətin olmaz. Burda vacib bir şeyidə diqqətə çatdırmaq istəyirəm ki, indi bütün dünyaya demokratiya dərsi verən Amerika vahid ölkədir ki, insanlığa qarşı nüvə silahından istifadə etmişdir.

Jandarmın Türkiyə dövlətinin müstəqil qərarlar qəbul etməsi hesiyyatına toxunduğundan qərarına gəlmiş və Cozef  özündən əvvəlki 45 prezidentin üzünə tüpürərək 106 il bundan əvvəl guya baş verməsi barəsində erməni millətçiləri tərəfindən uydurulmuş nağıla əsaslanaraq 24.04.2021-ci ildə “soyqırırm” ifadəsini dilə gətirməsi onun dərrakəsinin yerindən sürüşdüyünü bir daha təsdiq edir. Bu türk dünyası tərəfindən bir sərsəm qocanın yuxuda sayıqlaması kimi başa düşülməli və qəbul edilməlidir.

Bu nümünələri göstərməklə onu qeyd etmək istəyirəm ki, arıq bəşəriyyətin məhv olmaq prosesi reallaşmağa doğru sürətlə şütüyür və bunun qarşısını yalnız və yalnız dünya xəritəsində onu bəlalardan xilas edə biləcək Turan dövlətinin görünməsidir.

Bəşəriyyətin xilası bundadır və bu yolda Turançıların məsulliyəti də bir səviyyədədir. Tələsmək lazımdır.

Allah yar olsun!

 

Oxucularma dərin hörmət və sayqılarla:              Tahir Babayev

(050) 331-58-11

04.05.2021

Bunu paylaş: