Məhv olunmuş gənclik bayramı..

Gələcək nəsillərin gəncliyini məhv edənlər, indi onların eşqinə bayramlar keçirirlər.Təqvimdə günlər boş qalmasın deyə, hər günümüzü rəngarəng, al – əlvan etməkdən ötrü yeri gəldi – gəlmədi, heç bir xeyri olmayan əlavələr etmək hansı beynin məhsuludur? Hələ də anlamıram ki, cavan nəslin güzəranını yaxşı etməkdən ötrü, niyə dövlət proqramları yaradılmayıbdır. Dövlət dəstək verməli və hər gənc dövləti inkişafa aparmalıdır.Əgər ölkədə hakimiyyət gənclərə dəstək olsaydı, bax onda deyərdim ki, bu bizim gələcək nəslin bayramıdır.

 

Bəlkə kasıbın balasına aid deyil bunlar? Çarəsizlikdən, şəraitsizlikdən, “Dayday”-sızlıqdan əziyyət çəkib, qabaga gedə bilməyən gənclərə necə təsir edər bu məntiqsiz gənclik bayramı?. Olmaya, bu bayram ancaq məmur uşaqlarına aiddir?
Məktəb, xaricdə papa şotuna oxunulan universitet, ölkəmizdə vəzifəyə gəlməkdən ötrü (zatən irsi olaraq ötürülür) işə düzəlmək üçün verilən bəxşişlər sayəsində qurulan karyeranımı gənclik hesab edirlər? Kasıb övladının gələcəyi necə olsun bəs?

Yoxsa Rusiya, Türkiyə , Avropa, Asiya bazarlarında gəncliyini məhv edərək ailəsinə pul qazananlar nə etsin ? Gənclərin çoxu ölkəni tərk etmək arzusundadir. Xalqın bu vəziyyətə düsməsinin səbəbləri isə İlham Əliyevin və hakimiyyətinin gənclərə etdiyi “genosid” siyasətidir.
Məhv olunmuş gələcək nəslin Bayramı necə qeyd oluna bilər? Necə?…

Rəşad Şıxəliyev.

 

Bunu paylaş: