Məhkəmədə Mübariz Mənsimova qarşı sübutlar tapılmadı

 

Dünən Türkiyədə Azərbaycan əsilli, “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovun daha bir məhkəməsi baş tutmuşdur. Məhkəmə vaxtı Mübariz bəy bir daha hakimə Fətulla Gülənlə sadəcə tanış olduğunu və Türkiyə dövlətinə sadiq bir insan olduğunu bildirmişdir. Məhkəmə qapalı keçirildiyindən, Mübariz bəyin vəkili jurnalistlərə ifadə vermişdir. Vəkil Ersan Şenin sözlərinə görə, məhkəmə prosesi zamanı 27 nəfər şahid dindirilmişdir. Həmin şahidlərin 17 nəfəri Mübariz bəyə qarşı heç bir ittiham irəli sürməsə də, yerdə qalan 10 nəfər əleyhinə cavab vermişdir. Vəkil Ersan Şenin sözlərinə görə, şahidlərin ifadələri hakim tərəfindən qəbul edilməmişdir .Səbəb isə Mübariz bəyin Fətulla Gülənin qrupu ilə əlaqəsinin olduğuna dair heç bir sübutun olmamasıdır.


Hakimin qərarı ilə Mübariz Mənsimovun daha bir məhkəməsinin mart ayının 5-də keçiriləcəyi elan edilmişdir. Xatırladaq ki, Mübariz Mənsimov Türkiyə hökuməti tərəfindən Fətulla Gülənlə əlaqələrinin olması barəsində dəlilər olduğu səbəbindən həbs edilmişdir. Qarşı tərəf isə bu ittihamları rədd edir . İnanırıq ki, tezliklə haqq öz yerin tapacaq və Mübariz bəyi azadlıqda görəcəyik.

Mikayıl Əsədov.

Bunu paylaş: