Məhkəmə sədrlərinin, hakimlərin və deputatların maaşlarının artırılmasına ehtiyac varmı?

 

Azərbaycanda məhkəmə sədrlərinin, hakimlərinin və Milli Məclisin deputatlarının maaşlarının artırılması gözlənilir. Aldığımız məlumata görə
maaş artımı bir və iki misli nəzərdə tutulur. Bir sözlə aylıq 2500-3500 manat əmək haqqı alan məhkəmə sədrləri 5000-7000 manata qədər, 2500- 4000 manat əmək haqqı alan deputatların isə, 7000-10.000 manatadək artırılması nəzərdə tutulur.
Görünür, deputatlar, hakimlər, məhkəmə səfirləri gecə – gündüz xalq üçün o qədər əziyyət çəkirlər ki, İlham Əliyev də onların zəhmətini yerdə qoymur.

Onsuz da bu gün Azərbaycanda deputat, hakim, məhkəmə sədrinin ümumiyyətlə, vəzifədə işləmək üçün hansısa maaşa ehtiyacı yoxdur. Rüşvətxor, korrupsioner ölkədə məmurların maaşla dolanması absurddur.

Bilirik ki, Azərbaycanda məhkəmə sistemi deyilən bir dövlət qurum yoxdur. Sadəcə, makler bazarı vardır.
Yəni ölkədə rüşvətini ver, qanununu yaz!
Bu gün Azərbaycanda vətəndaşın heç bir hüququ qorunmur. Bu səbəbdən də maaş artımına heç bir əsas yoxdur.

İkinci, gələk sifarişli deputatlara; məhkəmə orqanlarında olduğu kimi Milli Məclisin də xalqa heç bir xeyri dəyməməkdədir. Dövlət büdcəsini mənimsəməklə, İlham Əliyevin göstərişi ilə seçilən və adlarını da dırnaq arası millət vəkili qoyan bu şəxslərin məqsədi bəllidir. Deputatların Milli Məclisdə işi sifarişlə seçildikləri bölgələrə dövlət büdcəsinidən ayrılan pulları artırmaqdır. Kimin rayonuna pul çox ayrılarsa, gəlir mənbəyi də o, qədər çox olacaqdır.

Bir sözlə, yuxarıda qeyd etdiyimiz reallıq bu gün İlham Əliyevin yaratdığı dövlət idarəetmə sistemidir. Korrupsiya, rüşvətxorluq, məmur özbaşınalığı bu sistemin əsas qanunlarındadır. Bu səbəbdən hər iki tərəfin maaşlarının qalxmasına ehtiyac yoxdur, çünki oğru yenə də oğru olaraq qalmaqdadır.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın