Məhərrəm Əliyev də Rusiyanın mudafiəsinə qalxdı

Liberal demokratik Partiyasının lideri Vladimir Jirinovskinin çıxışı zamanı erməniləri müdafiə etməsi və saxta tarixlərini ictimaiyyətə təqdim etməsinə Azərbaycan prezidentinin köməkçisi Məhərrəm Əliyev verdiyi müsahibə zamanı bildirmişdir ki, Jirinovskinin və başqalarının belə çıxışları Rusiyanın mövqeyini əks etdirmir.
Məhərrəm Əliyev açıq şəkildə Rusiyanı müdafiə edərək,sanki Azərbaycan xalqının başına gələnlərdən şimal qonşularımızın heç bir rolu olmamış kimi ictimaiyyətə təqdim etmişdir. Məhərrəm Əliyevin bu müsahibəsində Rusiyanı müdafiə etməsi ictimaiyyət qarşısında bir mənalı qarşılanmayıb. Yalnız Məhərrəm Əliyev unudur ki, Jirinovski birbaş Kremlə bağlı insanlardan biridir və Rusiyanın danışan ağzı kimi də dünyada ad qazanmış insandır. Yəqin prezidentin köməkçisi bəzi Azərbaycandakı rus agentura şəbəkəsi ilə sıx əlaqəlidir. Yaxşı olar ki, M. Əliyev Azərbaycanın son tarixinə nəzər etsin,o zaman Rusiyanın rəsmi mövqedə olub- olmadığını dərhal anlayacaqdır.

İmza; Rəşad Şıxəliyev.

Bunu paylaş: