Məcburi köçkünlərdən sonra, yeni ailə quran vətəndaşlarımızda Qarabağa köçürülsün

Gələcəkdə Dağlıq Qarabağımız və ətraf rayonlarımıza köç necə olmalıdır? Azad etdiyimiz torpaqlarımıza keçmiş məcburi köçkünlərin geri qayıdışı Azərbaycan hökuməti tərəfindən necə olmalıdır. Azad olunan torpaqlarımızda yaşayan hər bir şəxsə 3 il müddətinə sosial və maddi yardım proqramı dövlət tərəfindən təsdiq edilmək üzrədir. Təbii ki, böyük qayıdış Qarabağımızda böyük sənaye və turizm şəhərlərinin də qurulmasına imkan yaradacaq . Kəlbəcər ,Laçın ,Zəngilan ,Qubadlı kimi şəhərlərin qızıl ,metal və minerallarla zəngin olması sənayenin qurulmasına imkan yaradır. Bu vəziyyətdə yenə də insan resursları çox önəmli olacaq. Azərbaycanda hal-hazırda keçmiş məcburi köçkünlərin sayı 2 milyondan çoxdur. Biz təklif edərdik ki, hətta dövlət yeni evlər tikərək Azərbaycanda yeni ailə quran vətəndaşlarımızı da Qarabağımıza yerləşdirsin. İnanın ki, insanlarımız öz ana yurdlarına geri dönməyi səbirsizliklə gözləyirlər.

Mikayıl Əsədov.

Bunu paylaş: