MİT və MOSSAD İran təxribatının qarşısını aldı

 

İsrail – İran problemi getdikcə böyüməkdədir. Rəsmi Yerusəlim daxildə və xaricdə Tehrana zərbələr endirməkdədir. Suriya ərazisində İrana məxsus hərbi bazalar vurulduğu arada, Mollaların xüsusi xidmət orqanlarının da aqibəti yaxşı olmur.
Son bir neçə ayda
SEPAH-ın və nüvə alimlərinin ölüm xəbəri mollaları bərk sarsıtmaqdadır. Vəziyyət o, qədər gərgindir ki, İsrail öz vətəndaşlarının təhlükəsizliyinə görə çağrılışlar etməkdədir.

Hər iki dövlət arasında gərginlik Türkiyə ərazisinə sıçramaqdadır. İsrail vətəndaşlarına çağrılış etdiyi zaman əsasən, Türkiyədə yaşayanların ehtiyatlı olmasını bildirmişdir.

Bu gün isə verilən xəbərə görə MOSSAD və MİT birgə əməliyyat keçirməklə bir neçə İran xüsusi xidmət orqanlarına işləyən cinayətkarları həbs etmişlər. Məlumatda qeyd edilir ki, Mollaların agentlərinin məqsədləri İsrail vətəndaşlarını qaçırmaq olmuşdur.
Hətta bu barədə İsrailin Xarici İşlər naziri Yair Lapid Türkiyə dövlətinə minnətdarlığını bildirmişdir.

Beləliklə, görünür, İsrail İran konflikti Türkiyə ərazində davam edə bilər. Buna isə yol vermək qəti olmaz. Türkiyə ən azından İrana bu barədə ultimatum verməlidir. İsrail İrana qarşı Türkiyə ərazisindən istifadə etmirsə niyə, İran bunu edir?.
Görünür, Tehranın Yerusəlimə birbaşa cavab verməyə gücü yoxdur. Onlar sadəcə boş-boş fanatik fikirlər söyləməyə qadirdirlər.
Sonda vəziyyət belə olsa, üstəlik də İran uranı zənginləşdirməkdə davam etsə, bölgədə güclü toqquşmaların olması qzcılmaz olacaqdır.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın