Müxalifətdə əbləhlik edənlər…

 

Ən böyük və ən öndə olan ümummilli maraq, vətəndaşın rifahı, onun hüquq və azadlığı, dövlətin varidatının qorunması, suverenliyidir. Bu bəlli və keçilməz xətdir.

Lakin, vətəndaşına zülm edən, seçkiləri saxtalaşdıran, dövlətin ali idarəetmə və qanunverici orqanını ələ keçirən, onun varidatını oğurlayan, vətəndaşı siyasi düşüncəsinə görə həbs edən rejimlə, milli maraqlar naminə birlikdə olmalıyıq demək sadəlövhlükdən başqa bir şey deyil. Bunu rejim tərəfindən müxalifət donu geyindirilmiş, cəmiyyətə sırınmış, həyasızcasına xalqı şərləyən partiya sədrlərinin deməsi isə əbləhlikdir.

Hakimiyyətlə ağız-ağıza verib, ay amandı bu aralar milli maraqlar naminə bir yerdə olmalıyıq deyən həmin əbləhlər də bilməlidirlər ki, bir gün onlar da xalq tərəfindən əhəmiyyətsiz əşya kimi tullanacaqlar. Milli maraq onların düşündüyü qədər də dar çərçivəni əhatə edən məfrum deyil.

Vətəndaşı ac, hüquqsuz, dövləti talan olunan xalqı, rejimin əlinizə verdiyi konspekti, milli maraq kimi xalqa sırıya bilməyəcəksiniz. Nə qədər ki, gec deyil çıxarın hakimiyyətin sizə geyindirdiyi müxalifət donunu, tullayın əlinizə verdiyi konspekti, qayıdın xalqın yanına. Yada ki, bir dəfəlik etiraf edin və keçin rejimin cərgəsində dayanın. Müxalifət adıyla manipulyasiya etməyin.

Fikrət Cəfərli.

Bunu paylaş:

Bir cavab yazın