Müstəqillik, yoxsa neokolonializm (sonuncu hissə)

 

Beləliklə müharibə başladı. Əgər xatırlayırsınızsa, İlham Əliyev müharibənin ilk günündən Paşinyana danışıqların davam etdirilməsi barədə mesajlar verirdi və Paşinyan (erməni ordusu) dayanacağı an yenə danışıqlara başlayacağını deyirdi. Hətta iş o yerə çatdı ki, xalq İlham Əliyevin bu sözlərinə etiraz etməyə başladı. Müharibə zamanı bir neçə dəfə buna cəhd olundu. Ancaq Paşinyan öz dediyindən dönmədi və danışıqlara getmədi. Bu isə yenə Putinlə İlham Əliyevin planlarını pozdu. İlham Əliyev irəliləmək məcburiyyətində qaldı və hər kənd, hər qəsəbə alındığı zaman yenə danışıqların vacib olduğundan danışdı. Özünüzə sual verin, İrəliləyən bir ordunun Ali Baş komandanı belə söz işlədə bilərmi? Əgər qələbə çalıramsa nə danışıq? Paşinyanın razılaşmaması müharibənin davam etməsinə səbəb oldu. Şuşaya qədər gedib çıxdıq. Bizim ordu Xankəndinə daxil olan zaman Paşinyan danışıqlara getmək məcburiyyətində qaldı, çünki erməni ordusunun 20-30 min arası əsgər və zabiti mühasirəyə düşürdü. Həmin dəqiqə Rusiyadan İlham Əliyevə əmr gəldi, indi dayan. İlham Əliyev orduya dayanmaq əmri verdi. Ordu dayandı. Gecə yarısı danışıqlar baş tutdu (bu heç danışığa oxşamadı, elə bil məğlub olan Azərbaycan idi). Putin əsas məqsədinə çatdı, Paşinyan cəzalandırıldı, Rusiya öz ordusunu Qarabağa yeritdi və ora yerləşdirdi. İndi bu vəziyyət hamıya sərf edir. Rusiya ordusu Qarabağda, İlham Əliyev ölmüş reytinqini bir qədər qaldırdı, Paşinyan isə cəzalandırıldı.

P.S. İlham Əliyevin Tərtər faciəsinə susmağının və cinayətkarları cəzalandırmamağının əsl səbəbi də elə budur. Çünki İlham Əliyev bu cinayətin lap başında durur və Rusiyanın əmrini yerinə yetirir. Özümüzü aldatmayaq, kimin kim olduğunu anlayaq.Yaxın gələcəkdə bizi daha təhlükəli oyunlar, daha böyük xəyanətlər gözləyir.

İmza: AzərFreedom ailəsinin üzvü İbrahim Azər.

Bunu paylaş:

Bir cavab yazın