Müstəqillik, yoxsa neokolonializm (4-cü hissə)

 

Sonra nə oldu? Niyə geniş miqyaslı müharibə başladı? Bu geniş miqyaslı müharibə İlham Əliyevin planında yox idi. Ermənistanda hakimiyyət dəyişmişdi və yeni gələn Paşinyan isə ipə sapa yatmırdı, nə Putini eşidirdi, nə də İlham Əliyevlə danışıqlar aparmaq istəyirdi. Bu isə Putinin və İlham Əliyevin planlarını pozurdu. Paşinyan hər çıxışında deyirdi ki, İlham Əliyev, daha Qarabağdan əlini üz, bura erməni torpağıdır. Bu isə bir yandan Putini, həm də İlham Əliyevi çıxılmaz vəziyyətdə qoyurdu. Paşinyan həm də Avropaya üz tutmaq istəyirdi, onun öz palanları vardı. Bu zaman nə etməli? Paşinyanı cəzalandırmaq lazım.Necə? İlham Əliyevə icazə verib demək lazımdır ki, müharibə et, irəli get, Paşinyan dizini yerə qoyana qədər sənə mane olmayacam. İlham Əliyev Putinin sözündən çıxa bilmədi. Ancaq ortada bir məsələ vardı, işgəncə verib sındırmaq istədiyi ordu və həm özü, həm də Rusiyanın təyin etdiyi xəyanətkar generallar. Bu generallarla Paşinyanı məğlubiyyətə uğrada bilməyəcəyini əvvəlcədən başa düşürdü. Bu, müharibənin elə ilk günlərində göründü. Böyük itgilər və sairə. Nəyin bahasına olursa olsun Putinin əmrini icra etmək lazımdı. Paşinyan məğlub edilməlidir! Bu, həm də İlham Əliyev üçün növbəti bir bonusdur. Nə etməli? Kimi çağırmalı? Türkiyəni! Çünki Türkiyə adı İlham Əliyev üçün növbəti bir bonus qazandıracaq, xalq İlham Əliyevi Böyük Turan ideyası tərəfdarı,daşıyıcısı kimi qəbul edəcək. Atası Rusiya-Ermənistan-PKK- ya xidmət edənin balası Turan ideyası tərəfdarı ola bilərmi? Çox maraqlıdır. Deməli Türkiyə bu paln üçün ən optimal variantdır. Bir tərəfdən də Türkiyənin özü də bu işdə maraqlıdır, çünki Türkiyənin də bu regionda öz marağı var, o, Turan ideyasını həyata keçirmək istəyir. Türkiyə çağırıldı, təlimlər başladı. Xatırladaq ki, bu işə Rusiya əvvəlcədən razılıq verib, yoxsa Türkiyənin bura gəlməsinə görə İlham Əliyevi topa qoyub atardılar. Türkiyənin burada olması Rusiyaya sərf etmir.

Ancaq nə etməli? Güzəşt lazımdı, çünki qurulmuş oyun baş tutmaya bilər. Ermənistan əldən çıxa bilər və bunun arxası ilə Azərbaycan da həmçinin. İlham Əliyevin və Putinin əsas məqsədi Paşinyanı cəzalandırmaq, bir qədər torpaq qaytarıb danışıqları uzatmaq ( hətta Türkiyə bura girsə belə, görünən odur ki, hələlik tam girməyib). Putin bilir ki Türkiyəni sonradan buradan uzaqlaşdırmaq elə də çətin məsələ deyil. Çünki Azərbaycan hakimiyyəti tamamilə Rusiyanın kadrlarından ibarətdir. Rusiya istədiyi an Azərbaycan hakimiyyətində olan öz kadrlarına əmr verib Türkiyəni bu regiondan uzaqlaşdıra bilər. Türkiyə bizimlə müharibə edəsi deyil ki? Türkiyə dövləti Azərbaycan hakimiyyətinin dediyi ilə razılaşmalı və buna əməl etməli olacaq. Çünki bir millət iki dövlət adlanırıq. İki dövlət, yəni hər dövlətin öz maraqları ola bilər. Bu səbəbdən Türkiyə 24 saata Azərbaycanı tərk edə bilər.

İmza: AzərFreedom ailəsinin üzvü İbrahim Azər.

Bunu paylaş:

Bir cavab yazın