Müstəqillik, yoxsa neokolonializm (3-cü hissə)

 

Qeyd: İşgəncəgörənlərin canlı efirlərdən verdiyi ifadələrdən bir məsələ aydın olur. Hətta onların əksəriyyəti belə Orduda kiçik rütbəlilər tərəfindən xəyanət faktı olduğuna inanmışdılar. Bu səbəbdən onların bir çoxu indiyə qədər susmaq məcburiyyətində qalıb, düşünüb ki, həqiqətən orada xəyanət faktı olub və biz də qurunun oduna yaş yanan kimi yanmışıq, kiminsə güdazına getmişik. Nə edək? Bir təhər yola verək, onsuz da şikayətlərimizə bir cavab vermirlər. AzerFreedom bu işləri öz qaydası ilə araşdırdıqdan sonra tam bəlli oldu ki orada kiçik rütbəlilər arasında bir nəfər də olsun xəyanətkar olmayıb. Çünki AzerFreedom araşdırmasına qədər işgəncəgörənlərin əksəriyyəti (bir qismini çıxmaq şərti ilə) bir birindən və işin nə yerdə olduğundan tam məlumatsız idi.

İlham Əliyevin xəyanətkar olması barədə xalq arasında şübhə yaradan bir məsələ də var. Bu qələbə (tam olmasa da) ilə başa çatan 2020 ci il sentyabr müharibəsidir. Xalq düşünür ki, əgər İlham Əliyev xəyanətkar olsa idi, bu müharibəni etməzdi və ya qələbə (tam olmayan) ilə başa vurmazdı. Tamamilə doğru, əsl həqiqəti bilməyəndən sonra hər kəs belə düşünə bilər. Prezidenti aldatdılar, ay nə bilim özü yaxşıdır ətrafı pisdir məsələsi də elə buradan qaynaqlanır. İndi bu barədə danışaq.

2020 ci il müharibəsi olmamalı idi.. Niyə? Olsa da böyük təlafatlar olacaqdı, İlham Əliyev öz növbəti xəyanət planını həyata keçirəcəkdi. Çünki o, 2017-ci ildə ordunun döyüş ruhunu sındırmışdı, xalq arasında isə ordumuzun heç nəyə qadir olmaması barədə yetərincə şayiələr yaymışdı. Xatırlayırsınızsa hətta İlham Əliyev “çağırışa cəmi 150 nəfər gəlib” deyərək bu xalqı yenə də aşağılamağa çalışdı. İlham Əliyevə ermənilərlə danışıqlar lazım idi. Çünki bu üzün müddətli danışıqlar, onun öz hakimiyyətini qoruması üçün hesablanmışdı. Danışıqlar, arada sırada müharibə, 3-5 km azad olunmuş torpaq və hakimiyyət, talan edilən dövlət büdcəsi, köç edən yerli əhali və sair və ilaxır. Bu, 100 il qabağa düşünülmüş bir plandır. Yerli əhalini bu torpaqlardan köç etdirmək və yaxın 100 ilə Azərbaycanın etnik tərkibini dəyişmək. Bunu elə etmək lazımdır ki, bu hiss edilməsin. Bu, onun atası Heydər Əliyevin (Rusiya-erməni-PKK xidmətçisi) vəsiyyətidir.

İmza: AzərFreedom ailəsinin üzvü İbrahim Azər.

Bunu paylaş:

Bir cavab yazın