Müstəqillik, yoxsa neokolonializm ( 1-ci hissə)

 

2016 cı il..

İlham Əliyev 13 ildir hakimiyyətdədir, ölkədə nə inkişaf (inkişaf ildə bir dəfə çəkilən asfalt, binalara vurulan üzlüklə ölçülmür, xalqın yüksək rifahı ilə ölçülür) var, nə də işğal olunmuş ərazilərdən bir qarış belə alınmayıb. Milyardlar talanır, ölkədən əhali köç edir. İlham Əliyevin reytinqi düşür. Neftin 150 dollara qalxması əhalinin başını bir müddət qatdı. Necə? Hamının az da olsa işi gücü vardı, alver gedirdi. Çünki talan edilmiş pulları leqallaşdırmaq, bu çirkli pulları yumaq üçün onu dövriyyəyə buraxmışdılar. Neft birdən birə düşdü, dövriyyəyə buraxılmış çirkli pullar tükəndi, durğunluq dövrü başladı və camaat özünə sual verməyə başladı..Niyə? Hanı o yaşayış, hanı o iş yerləri? İlham Əliyevin reytinqi yenə düşməyə başladı. İlham Əliyev düşündü, düzü o belə düşünmək qabiliyyətinə malik deyil, onun ətrafındakı komanda, yəni onu hakimiyyətə gətirən imperiya düşündü.. Nə etməli? Müharibə edib camaatın başını qatmalı. Kiçik miqyaslı müharibə.. Geniş miqyaslı olmaz. Çünki geniş miqyaslı müharibə zamanı problem tam həll oluna bilər və xalq düşünməyə başlayar. İndiyə qədər 100 milyardlarla pul havaya sovrulub, analoqsuz inkişafdan danışılıb, silahlar alındığı deyilib və sairə.. Həm də bu yeyintini ört basdır etmək lazımdı ya yox?

2016 cı il aprel döyüşləri başlayır..
Ordumuz irəliləyir və generalların xəyanəti nəticəsində, daha doğrusu İlham Əliyevin xəyanəti nəticəsində geri çıxmaq əmri verilir, irəliləyən orduya arxadan kömək gəlmir və sairə.. Geniş miqyaslı olmaz axı.. Çünki problem kökündən həll oluna bilər, bu isə İlham Əliyevə və onu hakimiyyətə gətirən imperiyaya sərf etmir. Xatırlayırsınızsa İlham Əliyev o zaman hətta dedi ki, Putin zəng edib müharibəni saxlamağı xahiş etdi, ona görə də müharibəni dayandırdım. Çünki Putinə Qarabağın bir çox hissəsinin geri qayıtması lazım deyildi, çünki Ermənistanda prezident Sarkisyan idi (buna az sonra qayıdacağıq).. Sarkisyan isə Putinin sözünə qulaq asırdı, onun əmrindən çıxmır, onun göstərişlərini icra edirdi.

Hər nə isə, döyüş dayandırıldı, geri çıxmaq əmri verildi, xeyli sayda itgilərimiz var, xəyanət göz qabağında. Nə etməli? Orduda xidmət edən əsgər və zabitlər özlərinə sual verirlər. Niyə? Nə üçün? Kimdir günahkar, kimdir xəyanətkar? Bütün yollar İlham Əliyevə aparır.. Ali Baş komandan odur axı.. Hamı onun barəsində düşünür.. İlham Əliyev öz xəyanətinin üstünü ört basdır etmək , bütün bu şübhələri özündən yayındırmaq üçün yeni oyuna başlayır, əlbətdə ki xidmət etdiyi Rusiyanın köməyi ilə. Haradan başlamalı? Kiçik rütbəli zabitlərdən, kəşfiyyatdan. Çünki kiçik rütbəlilərdən başlayanda həm İlham Əliyev sığortalanmış olur, həm də onun xəyanətkar generalları. Əmr verilir. Hədəf seçilir. İlk hədəf əfsanəvi kəşfiyyatçı Elmar Allahverdiyev olur.

Generallar (N. Sadıqov, Z.Həsənov, H.Həsənov) ona prezidentlə görüş zamanı yalan məlumatları məruzə etməyi tapşırırlar. Ancaq Elmar Allahverdiyev bu məlumatların yalan olduğunu görür və prezidentə heç bir məruzə etmir. Əgər bu məruzə baş tutsaydı, hədəf birbaşa kiçik rütbəlilərə keçəcəkdi və bu işdə həm president, həmdə generallar sığortalanmış olacaqdılar. Elmar Allahverdiyev bu məruzəni etmir və bu işinə görə adı qara siyahıya salınır. O, düz bir il sonra (2017 ci il) bu işə görə olmazın işgəncələrə məruz qalacaq, ölümdən qayıdacaq. Bu məruzəni Zakir Həsənov etməli olur. O birbaşa AzTV efirindən prezidentə yalan məlumatları məruzə edir. Bununla nəyi sübut etmək istəyirlər? Guya İlham Əliyevi aldadırlar, özü də birbaşa canlı efirdə. Bu əvvəlcədən düşünülmüş bir oyundur. Əgər gələcəkdə bu işin üstü açılarsa, günahkar İlham Əliyev deyil, o məruzə edən generallar olsun. Generallar isə istədikləri an kiçik rütbəlilərə istinad edə bilərlər, yəni bizlik heç nə yoxdu, xəyanəti edən onlardır, yalan məlumatı onlar veriblər. Elmar Allahverdiyevi bu işə qoşa bilməsələr də, digər kiçik rütbəlilərdən işgəncələr altında ifadələr alındı. İfadə alınanlardan bəzisi öldürüldü. Çünki canlı şahid öz ifadəsini nə vaxtsa dəyişə bilər. Necə deyərlər, adam yoxdursa problem də yoxdur.

İbrahim Azər.

Bunu paylaş:

Bir cavab yazın