Müharibəsiz sərhədlərin demarkasiya və delimitasiyası mümkün deyil

 

Bildiyiniz kimi dekabr ayının 15 – də Belçikanın Brüssel şəhərində Ermənistan Baş Naziri Nikol Paşinyan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görüşü baş tuta bilər.

Bu görüşdə ölkə başçıları, sülhün imzalanması və sərhədlərin demarkasiyası barədə vacib qərarlar qəbul etməlidirlər.
Ermənistan müxalifəti küçələrə axışaraq, hansı şərtlərdən söhbət gedəcəyi barəsində xalqa xəbər verməsini tələb edir. Hələlik, bu danışıqlarda hansı təkliflər və razılıqlar ola biləcəyi sirr olaraq qalmaqdadır.
Düşünürəm ki, hansı təklif olursa olsun ermənilər buna razılıq verməyəcəklər. Məsələ burasındadır ki, sərhədlərin bölünməsi Rusiya arxivlərində olan xəritələrlə qeydə alınacaqdır. Rusiya mətbuatının məlumatına görə Ermənistan və Azərbaycan arasında sərhəd bölgüsü 1920-1924 – cü ilin xəritələri ilə müəyyən edilə bilər.
Əgər yuxarıda qeyd etdiyimiz kimi, bu tarixin xəritələri üzərində işlər başlasa, Ermənistan Azərbaycandan qopardığı bir çox əraziləri geri qaytarmalıdır. Yəni Azərbaycanın həmin vaxt 114 min kvadrat kilometr sahəsi olmuşdur. Bununla da bir başa ermənilərin illərdir dünyaya təbliğ etdiyi yalanları üzə çıxır və işğalçı olduqları sübut olunur.

Nikol Paşinyan isə gözəl anlayır ki, ermənilər müharibəsiz bu torpaqları geri qaytarmayacaqlar. Bununla sərhəddə yeni bir plan hazırlana bilər.
İlham Əliyev və Nikol Paşinyanın Brüssel görüşündən bir neçə gün sonra, cəbhədə gərginlik başlayarsa, bu,razılıq əlaməti kimi qeyd olunmalıdır. Azərbaycan ordusu sərhəddə anti-terror əməliyyatlarını davam etdirə bilər, Zəngəzuru və digər ərazilərimizi azad edə bilər.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın