Müharibə zamanı evləri dağılmış Gəncə sakinlərini, “İcra nümayəndiliyi” təhqir etdi

 

Hörmətli oxucular, bir müddət əvvəl sizlərə 44 günlük müharibə zamanı evləri dağılmış vətəndaşların bəzilərinə dövlət tərəfindən biganəlik edilməsi barədə xəbər vermişdik. Hətta beynəlxalq qurumların, həmin zərər çəkmiş insanlara ayırdığı pulların İlham Əliyevin hakimiyyəti tərəfindən mənimsənilməsi barədə də sizləri məlumatlandırdıq.
Qısa bir xatırlatma vermək istərdik; 17.10.2020 -ci il tarixində Ermənistan tərəfindən atılan raket nəticəsində Gəncə səhəri Muxtar Hacıyev küçəsində yerləşən evlərin 70 faizindən çoxu zərər görmüşdür.

Azərbaycan hakimiyyəti həmin küçədə bəzi dağıdılan evlərin yerində yeni tikililər tiksə də, bəzilərinin evini yenidən bərpa etmək istəyir. Həmin küçənin sakinləri etiraz edərək, yararsız halda olan evlərinin yenidən təmir edilməsini istəmirlər. Zərər çəkmiş sakinlər iddia edirlər ki, həmin evlərə təmir yararsızdır. Səbəbi isə evlərin bünövrələrinə böyük ziyanlar dəyməsidir. Bir sözlə, bu evlər təmirə yarasız və qəzalı vəziyyətdədir. Sakinlər bir çox dövlət qurumlarına müraciət etsələr də müsbət cavab verən olmamışdır.

 

Hətta Gəncə rayonu İcra başçısının cavabı belə olmuşdur: “Biz sizin evinizə bomba atmamışıq ki, onu da yenidən inşa edək”. Baxın, məmurlar müharibədən ziyan çəkmiş bu xalqımızla necə davranırlar. Bu məmur özbaşınalığı hər vaxt Azərbaycanda bu səviyyədə olmuşdur. Bu şəraiti yaradan hakimiyyət özüdür. Çünki bu məmurlar heç biri xalqa xidmət etmir. Məmurların xidməti cibləri və İlham Əliyev hakimiyyətidir. Xatırladaq ki, Gəncə hadisələrindən zərər çəkən insanlar hələ də yataqxanalarda bərbad vəziyyətdə yaşamaqdadırlar.

 

Mikayıl Əsədov.

Bunu paylaş: