Müharibə və ya atəşkəs oyunları…

Bugün Azərbaycanda əsas danışılan mövzu dünən Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşündə bağlanan atəşkəs haqqındadır. Qeyd edim ki, tərəflərin Moskva görüşü Rusiyanın təşəbbüsü ilə baş tutmuşdur.

Bağlanan atəşkəs sazişinə baxdıqda Rusiyanın açıq şəkildə Ermənistana sahib çıxması, dəstək olması görünür. Azərbaycanın açıq şəkildə iki dövlətə qarşı verdiyi mücadələ və bağlanan atəşkəs Azərbaycana nə vəd edir?

Bağalanan sazişə baxdıqda: Ermənistan Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul etməməsi, Azərbaycanın ərazi bütövlüyünü tanımaması və ordusunun işğal etdiyi Qarabağ ərazisindən çıxaracağı haqqda heç bir müddəaya rast gəlinmir. Halbuki İlham Əliyev atəşkəsin yalnız yuxarıda sadaladıqlarımlı işğalçı Ermənistan tərəfindən qəbul edildikdən sonra baş tutacağını bildirmişdi. Lakin bügün bağlanan sazişdə İlham Əliyevin tələblərinin tam tərsini görürük. Buda o deməkdir ki, Ermənistan və Rusiyanın diqtəsilə keçən görüşdə məğlub tərəf məhz Azərbaycan höküməti oldu.

İmzalanan sənəddə humanitar məqsədlərlə atəşkəsin bağlanması və vaxtı yazılıb, lakin atəşkəsin nə qədər sürəcəyi haqqda heç bir qeyd yoxdur. Buda o deməkdir ki, bağlanan sazişin 3-cü bəndinə əsaslansaq, tərəflərin “substantiv” danışıqlara başlanmasını görərik. Buda o deməkdir ki, imzalanan saziş qeyd edildiyi kimi humanitar məqsədlərlə deyil, məhz sözün əsl mənasında atəşkəs, sülh məqsədi ilə bağlanmışıdır. Unutmayaq ki, 28 ildir davam edən lakin heç bir effekt verməyən Qarabağ konfliktinin nizamlanmasında vasitəçi rolunu oynayan ATƏT-in Minsk qrupu tərəflərin yalnız barışıq yolu ilə ortaq məxrəcə gələcəklərini bəyan edir. Məgər barışıq və sülh üçün 28ildir danışıqlar apardığımız Ermənistan üçün çox deyilmi?

Dünən danışıqlardan bitdikdən, atəşkəs sazişi imzalandıqdan sonra jurnalistlərə açıqlama verən Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyan bu sözləri demişdir: Bizim üçün bu gün əsas prioritet məsələ soydaşlarımızın müstəqil dövlət qurmaq hüququnun tanınmasıdır.
Sizcə bu sözləri bəyan bir dövlətlə danışıqlar masasına əyləşmək nə dərəcədə doğrudur?

Bağlanan atəşkəsdən bu qənaətə gəlirəm ki, 27 ildir dəyişməyən danışıqların prinsipi və status kvo Ermənistanın və Rusiyanın xeyrinə yerində qalır. Danışıqlar masasında Türkiyənin yer almaması və kənarda qalması məhz Azərbaycanın məğlubiyyətinə hesablanmış bir addım idi. İndi Əliyev iqtidarı bağladığı “atəşkəs-lə” buraxdığı səhvi təcili sürətdə təmizləməlidir.

Sonda deyəcəyim: İmzalanan saziş atəşkəs deyil məhz təslimçilikdir. Bu yolverilməz bir səhvdir!

Əziz Əzizli

Bunu paylaş: