Müharibə bitməyib: Niyə? Sosial şəbəkələr və kanallar vasitəsi ilə, hərbi sirlərimiz düşmənlərə göstərilir

 

Təxminən bir il bundan əvvəl Azərbaycan əsgəri, canı, qanı bahasına Ermənistan tərəfindən işğal edimiş ərazilərimizin bir qismini azad etdi. Bu bir tarixi qələbə idi.
Bütün dünyanın güc dövlətləri Amerika, NATO, Rusiya, Çin və s Azərbaycan əsgərinin qələbəsini müasir dünyada yeni başlanğıc adlandırdı.
Əbəs yerə deyil ki, Amerikalı general belə bir söz demişdir: “Amerika ordusuna Şuşa şəhərini azad etmək üçün, təxminən bir neçə həftə vaxt lazımdır, lakin Azərbaycan əsgəri bu uğuru bir neçə saata yazdı”. Beləliklə, Azərbaycan əsgərinin döyüş taktikası, qəhrəmanlığı, vətənə olan sevgisi dünyaya səs saldı. Bu, unudulmayan ən yüksək bir hiss kimi insanların qəlbində daim qalmaqdadır.

Məni maraqlandıran problem isə başqadır. Söhbət müharibədən sonra, bəzi kanallar, “YouTube” – cular, “bloqerlər” döyüşlərdə iştirak etmiş əsgərlərdən müsahibə alaraq hərbi sirləri sosial şəbəkələr və kanallar vasitəsilə yaymaqdadırlar.
Hər kəs bilir ki, Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrinin üzvlərinin adları və üzləri gizli saxlanılmalıdır. Bəziləri reytinq xətrinə, bu hərbçilərimizin kimliyinə kimi efirlərdə, bəzi sosial şəbəkələrdə yaymaqdadırlar.

Azərbaycan xalqı bilir ki, qarşımızda olan düşmən heç bir zaman bizimlə barışmayacaqdır, tarix boyu bizə qarşı təxribatlara əl atmışlar, yenə atacaqlar. Hərbçilərimizin döyüş taktikalarını və şəxsiyyətlərini yayan insanlar anlamalıdır ki, hələ də müharibəni tam bitmiş saymaq olmaz. Bu səbəbdən də düşmən bizim hərbi sirləri qoruyaraq istənilən zaman bizə qarşı istifadə edə bilər. Hələlik isə çox ehtiyatlı olmalıyıq. Ən azından barışıq olsa belə, düşmən icimizə sızaraq bu çür qəhrəmanları xaincəsinə öldürə bilər. Sadəcə, tarixə nəzər salsaq, düşmənlərimizin bizə qarşı etdiyi terrorları aydın görə bilərik. Bir daha belə səhvlər etməməliyik və ehtiyatlı olmalıyıq.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın