Müdafiə Nazirliyi erməniləri müdafiə etdi

Bir müddət əvvəl, Ermənistan prezidenti Paşinyanın arvadı işğal etdikləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə gələrək,əlindəki silahı bizə tərəf tuşlayıb mesaj verməsi ölkəmizdə birmənalı qarşılanmamışdır. Buna etiraz olaraq Millət vəkili Qüdrət Həsənquliyev :
-Tezliklə əsgərlərimizin Paşinyanın arvadını əsir götürdükləri günü gözləyirəm-, söyləmişdi. Azərbaycanın Müdafiə nazirliyindən deputatın fikrinə cavab gəlmişdir.
Müdafiə naziriliyi bildirmişdir ki, mülki şəxslərə qarşı amansızlıq etmək hərbi qanunlarımıza ziddir və bizim düşmənlə fərqimiz vardır.
Lakin Müdafiə naziri unudur ki, Qarabağ döyüşləri zamanı düşmən bizim sıravi vətəndaşlarımıza, körpələrimizə, qadınlarımıza, yaşlı, cavan baxmayaraq vəhşicəsinə,amansızlıqla qətlə yetirdiklərində,onların hərbi qanunlar yadlarına düşməmişdir.
Artıq illərdir minlərlə vətəndaşımız ermənilərin vəhşiliyi nəticəsində itkin düşmüş,hələ də onların taleyindən indiyə qədər bir xəbər yoxdur. İndi siz düşünün, belə bir fəaliyyətdə olan Müdafiə nazirliyi ilə müharibə etməyə dəyərmi?Tarix deyir ki, düşmənə düşmənin özü kimi cavab verməlisən.

Mikayıl Əsədov.

Bunu paylaş: