Mübariz Mənsimova qarşı hakimiyyət yenidən qarayaxma siyasətinə başlayıb

Son vaxtlar hakimiyyətin Azərbaycanın mərd oğlu, xeyriyyəçi, xalqına can yandıran Mübariz Mənsimova qarşı hücumlarını görürük. Cənub bölgəmizin bir neçə nümayəndəsi hakimiyyətin göstərişi ilə, “Palmali” şirkətlər qrupunun sahibini çirkli oyuna salmaq üçün dəridən – qabıqdan çıxırlar.
Bu gün hakimiyyətin media orqanları, Mubariz Mənsimovu qondarma “Talış Muğam” Respublikasının yaradılmasında ittiham edirlər. Onlar bəzi aktivistlərin əli ilə, Mənsimova qarşı qarayaxma kampaniyası keçirməkdədirlər.

Əsl səbəb nədir, Mübariz Mənsimov niyə hədəf seçilir?
Bilirik ki, Mənsimov illərdir ki, Türkiyədə yaşamağına baxmayaraq Azərbaycan xalqı üçün çox böyük işlər görməkdədir. Cənub bölgəsinə təmənnasız köməyi, Türkiyədə təhsil alan azərbaycanlı tələbələrə dəstəyi və s. Ən əsası isə, o bu xeyriyyəçilik əməllərini öz daxili imkanları ilə edir.

“Palmali” şirkətinin sahibinin bu əməlləri, nədənsə İlham Əliyev və hakimiyyətini qıcıqlandırır. Xalq arasında artan hörməti yuxarıdakıları narahat etməkdədir.

Bir az əvvələ qayıtsaq yaxşı olar. Bildiyiniz kimi, Mənsimov Azərbaycan rəhbərliyinin səyi nəticəsində “Feto” ittihamı ilə Türkiyədə həbs edildi. Bir müddət sonra isə azadlığa çıxdı. Elə həmin ərəfədə İlham Əliyev xalqın Mubariz Mənsimova qarşı sevgisini gördü. Bu səbəbdən ona qarşı yığılan nifrət hələ də davam etməkdədir.
Bu gün isə, digər vasitələrlə Mənsimova qarşı hücumlar təşkil edilməkdədir.

İlham Əliyev və onun hakimiyyəti anlayır ki, Azərbaycanda vəziyyəti yalnız xalq sevgisi dəyişə bilər. Yəni istənilən azərbaycanlıdan sorüşsaz ki, kimi seçərdiniz, birmənalı olaraq: “Mübariz”,-deyərdilər.
Sonda görünür, kimlərsə Azərbaycanda vəziyyəti dəyişərək Mübariz Mənsimovu hakimiyyətə gətirə bilər. Buna görə də hakimiyyət gözdənsalma kampaniyalarına start verib.
Kimin nə deməsindən asılı olmayaraq, əminliklə deyirik ki, Azərbaycana xalqını sevən, vətəni üçün canı yanan Mübariz Mənsimov şəxsiyyəti gərəkdir.

Rəşad Şixəliyev.

Bunu paylaş:

Bir cavab yazın