Mübariz Mənsimov: Telman İsmayılovun qədrini xalq bilmədi

“Xural TV” nin təqdimatında, hörmətli Əvəz Zeynallının “Palmali Şirkətlər Qrupu” nun sahibi Mübariz Mənsimovla söhbəti Azərbaycan daxilində böyük marağa səbəb olmuşdur.
Bu səbəbdən əsas diqqət Azərbaycan cəmiyyətinin necə formalaşdığından gedir.

Mübariz Mənsimovun yəhudi əsilli Azərbaycan vətəndaşı “AST Telman”, Telman İsmayılov barəsində dedikləri tam bir acı həqiqətdir. O, Telman İsmaylovun müflisləşmə zamanı Azərbaycan xalqının biganəliyindən haqlı olaraq söhbət açmışdır. Mənsimov qeyd etmişdir ki, “AST Telman” Rusiyada Azərbaycanın adını ucaldan əsas insanlardan biri olmuşdur. Yahudi əsilli olmasına baxmayaraq o hər zaman ölkəmizin diaspora işlərində öndə gedən insanlardan olub. Üstəlik onun biznesi sayəsində minlərlə həmyerlimiz öz evinə çox pulu aparmaqda idi. Lakin Telman İsmaylov müflis olduğu zaman həmyerlilərimizdən heç bir dəstək görmədi. Mübariz Mənsimov da haqlı olaraq bizim bədbəxçiliyimizin burda olduğunu qeyd edir.

“AST Telman” nın həyatına nəzər etsək, onun Azərbaycanla bağlılığının şahidi olarıq. Bu insanların qədrini bilməyən xalqın sonunun necə olacağı da bəlli deyil. Bu insanlar hər zaman Azərbaycanın adını ucaltmağı özlərinə borc bilirlər.
Biz də birlik nümayiş etdirərək bu insanlara dəstək olaq. Zamanında Hacı Zeynəlabdin Tağıyevin, Murtuza Muxtarovun qədrini bilmədik. Yaxşı olar ki, Mübariz Mənsimov, Telman İsmaylov, Qod Nissanov kimi insanların qədrini indi bilək. Ən azından bu insanlar xalqın acı günlərini birlikdə bölüşürlər.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın