Mübariz Mənsimov azadlıqda

 

Sosial şəbəkələrdə yayılan xəbərlərə görə, həmyerlimiz, “fetoçu” damğası ilə həbs edilən, iş adamı Mübariz Mənsimov ev dustaqlığından azadlığa buraxılıb. Yenə də həmin xəbərlərə görə, hələlik M. Mənsimov İstanbul şəhəri ərazisindən kənara çıxa bilməz, amma bu məhdudiyyətin də müvəqqəti olacağına inanırıq.

Məlumat üçün bildirək ki, SOCAR prezidenti Rövnəq Abdullayev ( əsilində əsil fetoçu), dayısı oglu Anar Əlizadə, SOCAR Marketinqlər idarəsinin rəisi Adnan Əhmədzadə, Putinin adamı (Lukoyl şirkətinin sabiq əməkdaşı) SOCAR – ın törəmə şirkətlərində Anar Əlizadə ilə biznes ortağı olan Valeriy Qolovuşkin, Türkiyənin cinayətkar mafya üzvləri Məhmət Agar və onun əlaltıları ilə cinayət əlaqəsinə girərək, Mübariz Mənsimovun əmlakının bir qismini ələ keçirməyə çalışmişlar. Onlar əvvəlcə Mənsimovun qətlini planlaşdırıblar, bu alınmadıqda isə Mənsimovu şərləyərək hətta ona məxsus bəzi bahalı obeyktləri ələ keçirməyə nail olmuşdular.
Qeyd edək ki, əsilində M. Mənsimov ilə “Sokar” və “Lükoyl” şirkətləri arasında olan çəkişmə maliyə mübahisəsinə aid məhkəmə qərarı çıxmaq ərəfəsində idi. Belə ki, beynəlxalq məhkəmənin qərarı ilə həmin şirkətlər M. Mənsimova 4 milyard dollar maliyə təzminatı ödəməli idilər.

Bİr necə gün əvvəl Türkiyə baş prokururlugu Rövnəq Abdullayevin dayısıoğly Anar Əlizadənin və onun çevrəsindəki şəxlərlə bagıı dələduzluq əməlləriylə baglı qaldırılmış cinayyət işinin yenidən baxılmaq üçün məhkəməyə göndərilməsi haqda vəsatət qaldırıb.
M. Mənsimova məxsus “Palmalı” şirkəti isə yenidən əvvəlki gücünü bərpa etməyə çalışır.
Biz də həmyerlimiz Mübariz bəyə “həmişə azadlıqda” deyirik.

Şahin Sirvanlı.

Bunu paylaş:

Bir cavab yazın