Mövlud Çavuşoğlunun Bakı səfəri və Gürcüstanın qətiyyətli mövqeyi

 

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Gürcüstan və Azərbaycana səfərləri baş tutmuşdur. Səfər zamanı ikitərəfli əlaqələr və Qarabağa dair müzakirələr olacaqdır. Bu səfərin əsas məqsədi Qarabağda əsasən region ölkələrinin iqtisadi və strateji blokunun yaradılmasıdır.

Bu regionda olan Türkiyə, Azərbaycan, İran, Ermənistan və Rusiya iştirakını təsdiqləsə də, Gürcüstan tərəfi bundan imtina etmək fikrindədir. Səbəbi isə Gürcüstanın işğalından sonra Rusiya ilə birlikdə heç bir əməkdaşlıq etmək istəməməsidir. Gürcüstanın bu addımının şəxsən alqışa layiq olduğunu xatırlatmaq istərdik. Lakin regionda böyük ekonomik layihələri nəzərə alsaq, Gürcüstan bundan öz xeyrinə yararlana biləcəkdir. Bu səbəbdən Mövlud Çavuşoğlunun səfəri Qafqazda sabitliyin daimi olması və yeni imkanlar yaradılmasına xidmət edir.

 

Gürcüstan isə əməkdaşlığı hər zamankı kimi, Azərbaycan və Türkiyə vasitəsi ilə edə biləcəyini açıq bildirmişdir.
Gürcüstan hökuməti bir daha torpaqlarına qarşı işğalçılıq siyasəti aparan Rusiya ilə güzəştlərə getməyəcəyini bəyan etmişdir. Bu məsə ilə bağlı Rusiya XİN – Sergey Lavrov və həmkarı Ceyhun Bayramov arasında telefon danışığı baş tutmuşdur.

Mikayıl Əsədov.

 

Bunu paylaş: