Mövlud Çavuşoğlu: “Hər şey Azərbaycanla razılaşdırılıb”

 

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, Ermənistanla münasibətlərin normallaşması üçün hər iki tərəfdən xüsusi nümayəndələr təyin edilməsi razılığına gəliblər. O, daha sonra Ermənistandan özəl ( çarter) təyyarə uçuşlarınnın da açılmasına icazə verildiyini söyləmişdir. Çavuşoğlu bunu rəsmi Bakı ilə razılaşdığını da qeyd etmişdir.

Niyə rəsmi Bakı ilə razılaşdığını?.
Hər kəs bilir ki, Türkiyənin Ermənistanla münasibətlərinin yaxşılaşdırılmasına, bəzi şərtləri vardır:
-Zəngəzur dəhlizi açılması.
-Ermənilərin Türkiyəyə saxta torpaq iddialarından əl çəkməsi.
-Qondarma soyqırım məsələsindən əl çəkməsi.
-Azərbaycan torpaqlarından Ermənistan ordusunun çıxarılmasıdır.

Görünür, bu şərtlərin həlli istiqamətində hər iki tərəfin bir – birinə etimad etməsi zamana bağlı olacaqdır.
Soçi görüşündən sonra və Brüssel görüşlərindən əvvəl Türkiyənin Ermənistanla bağlı açıqlaması, sanki ermənilər üçün bir “jest” dir.
Lakin Ermənistanda olan bir çox Rusiya meyilli qüvvələrin buna imkan verməsi inandırıcı deyildir.
Nikol Paşinyan çox gözəl anlayır ki, bölgədə getdikcə Rusiyanın mövqeyi zəifləməkdədir. Bu səbəbdən ağır durumdan çıxmaq üçün, ən yaxşı çıxış yolu bölgədə güclənməkdə olan Türkiyədir. Çavuşoğlu sonda Azərbaycanın adını çəkməklə, demək istəyir ki, Ermənistana etdikləri əlverişli təklif rəsmi Bakının istəyi ilə baş tutmuşdur.
Digər tərəfdən isə, Ermənistanın Türkiyənin şərtlərinə razı olub – olmadığını yaxın vaxtlarda görəcəyik. Bir daha qeyd edə bilərik ki, bu çıxışdan sonra Türkiyə Ermənistan üçün mübarizəyə başlamışdır. Bizə sadəcə gözləmək lazımdır ki, Rusiya bu əlaqələrin açılmasına hansı siyasi cavabı verəcəkdir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın