Lukaşenkonun çırpınışları.

Bu gün Belarusiyada Lukaşenkoya dəstək aksiyası keçirildi.Hər kəs Lukaşenkonun çıxış edib -etməyəcəyini gözləyrdi.Bir qədər gec olsa da, meydana gəldi və diktatorlara məxsus çıxışını etdi. Sanki ölkəni kimsə məhv etmək istəyir ,etiraz edənlər kimlərsə tərəfindən idarə olunur və xalqa qarşı, çoxlu sayda hədə -qorxu ilə dolu bir çıxış. Mitinq gözlənildiyi kimi dövlət televizıyalarında yayımlanmadı.Yayılan xəbərlərə görə televiziyalar etiraz tətili edirlər.Mitinqdən əvvəl , bölgələrdən 40-50 avtobus insanın Minskə dogru hərəkət etdiyi kadırları yayımlandı. Bütün bunlara baxmayaraq, mitinqə təqribən 5 min adam qatılmışdı. Bu mitinq Lukoşenkonun çırpınışını göstərir.
Hələ seçkilərdən əvvəl Rusiya ilə qurdugu plan baş tutmadı.Xatırlıyırsınızsa, Rusiyanın ,,Vaqner”qrupunun Belarusiyada qarşıdurma yaratmaq, Lukoşenko hakimiyyətinin təhlükədə oldugu videoları yayılmışdı. Rusiyanın 33 ,,Vaqner” üzvü həbs edildi, eləcə də mitinqlər zamanı Rusiyadan gələn jurnalistlər, bloqerlər və sairə.Amma ortalıq qarşan kimi tutulan ruslar buraxıldı və Lukaşenko Putindən kömək istədi.Xalq bu oyuna aldanmadı.
Yayılan məlumatlara əsasən, Lukaşenkonun bugünkü meydan çıxışından əvvəl Putinlə telefon görüşü olub və Putin ona kömək edəcəcəyini bildirib.
Sabah Belarusiyada Lukaşenko əleyhinə böyük mitinqlərin davam edəcəyi gözlənilir.
Bu gün axşama dogru isə, Lukaşenkonun mitinq şousuna qarşı Minskidə mitinqlər davam edir.
Qeyd edim ki, 8 gündür davam edən mitinqlərin ilk 3 günündə çox sərt şərtlərdə qarşıdurmalar olmuşdu və 6000 insan həbs edilib , 1 nəfər rəsmi qeyd olunan şəxs , həlak olmuşdu.Minlərlə insan yaralanmış ,xəstəxanalara yerləşdirilmişdi.Xalqın birliyi nəticəsində mitinqlər geniş və dinc müstəviyə keçdi.Hələ ki ,20 zavod və fabrik tətil elan edib.Həkimlərin, televiziya aparıcıları və sənət adamlarının içərisindən də ,xalqa dəstək verənlər oldu.Güc strukturları nümayəndələri arasından xalqa tərəf keçmək,müəllimlərdən də müraciətlər , prosesin genişlənməsinə gətirib çıxardı.
Bu gün Belarusiyanın Slovakiya və İsveçrədəki səfirləri də , xalqa dəstək müraciəti etdilər.Dünyadakı Belarusiya diasporaları həm maddi ,həm də nümayişlərlə öz Vətənlərinə dəstək olurlar.
Proseslər Xalqın tərəfindədir.Diktatorların sonunun gəlməsini biz də istəyirik və Belarus xalqına dəstəyik.

Bunu paylaş: