Lukaşenko kimi Əliyev diktaturasının da sonu yaxınlaşır…

Hər diktaturanın əvvəli olduğu kimi, sonu da var. Son günlər Belarusiyada baş verən olaylardan sonra Əliyevlərin ailə hakimiyyəti təşvişə düşərək, siyasi məhbuslara qarşı daha da aqressivləşib təzyiq təqiblərnii artırmış, hətta bir az da irəli gedərək işgəncə etməkdən belə çəkinməmişdir. Lakin Əliyevlər hakimiyyəti bir şeyi unudur ki, artıq imperializmlə mübarizə bəşər mədəniyyətinə çevrilib. Zor gücü ilə xalqın azadlığını əlindən alaraq əsir durumumda saxlamaq, idarə etmək mümkün deyil. Mən bu gün tam əminliklə deyə bilərəm ki ,İlham Əliyevin yürütdüyü diktatura siyasəti tam fiaskoya uğrayıb. Artıq xalq hər şeyi çox gözəl görür və anlayır. Çünki İlham Əliyev etdiyi siyasi gedişləri ilə idarə etdiyi Azərbaycanı uçurumun astanasına gətirib çıxarmışdır. Zor gücü ilə gəldiyi hakimiyyətə 17 ildir xalqı talamaqla, azad səsini boğmaqla davam edən Əliyevləri də digər diktatorların sonluğu gözləyir. İlham Əliyev, bu gün Belarusiyada baş verənlərə bax, dərs al! Sən və sənin ətrafını acı məğlubiyyət gözləyir .Bunu unutma ki: Gec-tez xalq ayağa qalxaraq birləşəcək və sənin ailə imperiyana son qoyacaqdır! Diktatorlar sonda məğlubiyyətə məhkumdurlar. Tarix hər zaman bunu sübut edir.

İmza; Əziz Əzizli.

Bunu paylaş: