Lukaşenko rəqiblərini göydə tutur

 

Belarusiya prezidenti Aleksandr Lukaşenko, Qərbə qarşı daha bir qıcıqlandırıcı addım atmışdır. O, Afinadan Vilnüsə uçan təyyarəni, terror təhlükəsi adı altında yerə endirilməsi əmrini vermişdir. Sonra da aydın olur ki, həmin təyyarənin sərnişinlərinin arasında, belarus müxalifətçisi Roman Protaseviç olmuşdur.
Alınan məlumatlara əsasən, Belarus xüsusi xidmət orqanları həmin muxalifətçini həbs etmişdir.

Bununla bağlı Avropa Birliyi ölkələri təcili olaraq görüş keçirmişlər. Qərb dövlətlərinin liderləri bu məsələ ilə bağlı bəyanat yayaraq, dərhal Roman Protaseviçin azadlığa buraxılmasını tələb ediblər. Lukaşenkonun bu addımı ciddi narazılıqla qarşılandığından, yaxın vaxtlarda Belarusa güclü sanksiya tədbiq edilməsi gözlənilir.

Əlavə olaraq bir müddət əvvəl Belarus müxalifətinin lideri, Svetlana Tixanovskayanın həbs edilməsi ilə bağlı Qərblə Lukaşenkonun arası pozulmuşdur. Avropa Birliyi isə Belarusa ciddi sanksiyalar tədbiq etmişdir. Hər zamankı kimi sanksiyaların təsiri bir başa xalqa dəyir. Ağır durumda olan Belarusiya və belarus xalqı bu cür diktatora nə qədər dözəcəkdir. Eyniliklə də Azərbaycan, Türkmənistan, Özbəkistan, Tacikistan və s kimi ölkələrin xalqları.

Mikayıl Əsədov.

Bunu paylaş: