Lukaşenko höküməti təlaşlanaraq Litva və Polşa ilə sərhədləri bağlayır, Ukrayna ilə sərhədlər sərtləşdiriləcək

Xəbər agentliyinə istinadən aldığımız xəbərə görə bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Minsk-arenada keçirilən “Belarus üçün” qadın forumunda çıxışı zamanı bu barədə açıqlama verib. Aleksandr Lukaşenko hər üç ölkənin xalqına müraciət edərək öz siyasətçilərini dayandırmağa və onları qaynar müharibənin başlanmasına, və Belarus hökümətinin daxili işlərinə müdaxilə etməməyə çağırıb.
“Biz qoşunlarımızı küçələrdən çıxarmağa, ordunun yarısını səfərbər etməyə, qərblə, ilk növbədə Litva və Polşa ilə dövlət sərhədini bağlamağa məcburuq. Çıxışına Lukaşenko təəssüf hissi ilə qardaş Ukrayna ilə dövlət sərhədini gücləndirməyə məcburuq deyə davam etmişdir. Mən Rusiya prezidenti Vladimir Putin və  Müdafiə naziri Sergey Şayqu ilə  birlikdə İttifaq dövləti olan Belarus hökümətini ümumi maraqlarına əsasən müdafiəsini qurmaq məcburiyyətindəyəm. Belarus höküməti olaraq çoxdan planlaşdırılan hərbi təlimləri başlatdıq deyə Lukaşenko bildirib. Sonda Aleksandr Lukaşenko ölkəsində müharibə olmasını istəmədiyini və hökümətlə xalq arasında müharibənin başlamayacağını bildirmişdir. Lakin cənab Alkesandr Lukaşenko unudur ki, 26 ildir idarə etdiyi ölkə xalqı artıq azad, demokratik Belarusiya görmək istəyir. Belarus xalqının bu istəyini heçbir qüvvə boğa, məhv edə bilməz. Belarus xalqının qələbəsi labüddür və bugün Belarus xalqının siyasi oyanışı, xalqın siyasi proseslərdə fəal iştirakı dövrü kimi səciyyələndirmək olar. Xalqın azadlıq eşqi çox güclüdür və iradəsi güclü xalq hər zaman qələbəyə layiqdir!

İmza; Əziz Əzizli

 

Bunu paylaş: