Li Litzenberqer bu dəfə humanitarlıqdan danışdı

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Li Litzenberqer Ümümdünya Qaçqınlar Günü maraqlı açıqlama ilə yadda qalmışdır. O, hər zaman olduğu kimi, bu dəfə də humanitar bilgilərlə çıxış etmişdir. Bir gün xeyriyyəçi olaraq ağac əkən, digər gün mədəniyyət işçisi kimi fəaliyyət göstərən mədəni tədbirlərdə iştirak edən, bu gün isə humanitar təşkilat nümayəndəsi kimi çıxış etməkdədir. Amerika Birləşmiş Ştatlarının diplomatı olan səfir, özünü ölkəmizdə istirahətə gəlmiş kimi hiss etməkdədir.

Fikir versək, dəfələrlə Rusiyanın Ukraynaya işğalçılıq siyasətini diplomatik yolla pisləyən Litzenberqer, Azərbaycana gəlincə avazını dəyişməyə başlayır.

Təbii ki, bu da İlham Əliyev və hakimiyyətinin tutduğu siyasi mövqedə Amerika – Azərbaycan münasibətlərinə təsir edir. Ölkədə hökm sürən diktatura rejimi Vaşinqton və Bakı arasındakı diplomatik münasibətləri demək olar ki, yox edir.
Bu səbəbdən Amerikalı diplomatlar Azərbaycana gələrək özlərini turist kimi aparmaqdadırlar.

Fikir versək, Amerikanın Azərbaycandakı səfiri qaçqınlar barəsində söhbət acsa da, Ermənistanın işğalçılıq siyasətinə heç bir fikir bildirməmişdir. Bu gün ölkəmizə səfər edən Vaşinqton nümayəndələrində də eyni ab – havanı müşahidə edirik.
İlham Əliyevin illərdir ki, demokratiyaya qarşı yürütdüyü diktator siyasəti bu gün Vaşiqtonda da bizə qarşı diplomatik fəsadlar törətməkdədir. Bu səbəbdən Amerikalı səfirinin çıxışlarında bunu müşahidə edirik.
Xatırladaq ki, Qafqazda ən böyük Amerika səfirliyi Ermənistanda yerləşir. Rəsmi İrəvan isə, bu şansdan Azərbaycan qarşı diplomatik və beynəlxalq arenada hər dəfə istifadə edirlər.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın