Le Penin revanş almağına Qərb imkan verməyəcəkdir

Aprel ayının 24 – də Fransada Prezident seçimlərinin son mərhələsi baş tutacaqdır. Köhnə rəqiblər yenidən Fransa xalqının diqqət mərkəzində olacaqdır. Bir tərəfdə milliyyətçi Marin Le Pen, digər tərəfdə demokrat Emmanuel Makron yarışacaqdır.
İlk öncə qeyd etmək istərdik ki, Fransa tarixində ən aşağı reytinqə malik olan prezident kimi Makronun şansları bir qədər çoxdur.

Le Pen isə, anti- Qərb siyasəti apardığı üçün şansının aşağı olduğunu düşünürük. Yenə də Makronun sürətlə düşən reytinqini nəzərə almasaq, Vaşinqton milliyyətçinin hakimiyyətə gəlməsinə imkan verməyəcəkdir.
Le Penin NATO – dan, Avropa Birliyindən çıxmaq ideyası prezidentlik yarışına bir sıra təsir edən amillərdir. Təsəvvür edin ki, Fransa kimi dövlət Amerikanın yaratdığı bu təşkilatlardan çıxmaq istəyir. Bu, birbaşa Avropaya sui-qəsd deməkdir.
Bu səbəbdən Qərb qüvvələri əvvəlki turda olduğu kimi, bu turda da Marin Le Penə imkan verməyəcəkdir.

Milliyyətçi Le Penin bu turda yalnız bir şansı vardır ki, bu il sağçı partiyalar solçulardan daha çox səs toplamışlar. Tək şans bundadır ki, onlar da öz səslərini Le Penə versələr, Fransanın yeni Prezidenti seçilə bilər.
Əlavə edək ki, son vaxtlar Avstraliya (sualtı gəmi müqaviləsi) məsələsinə görə Vaşinqtonla Makronunda münasibətləri heç də yaxşı deyildir. Yenədə Makron daha şansılı görünür.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın