Lazımın hekayəsi


Lazım–hər kəsin səbirsizliklə gözlədiyi gözəgörünməz arzu. Nəhayət ki, 27 sentyabrda heç kimin gözləmədiyi bir gündə, sürpriz edərək gəldi. İlk olaraq hər kəs çaşıb qalmışdı. Fikrləşirdilər ki, yenə aldadır, 3-4 gün qonaq kimi qalıb gedəcək. Amma günlər keçdikcə Lazım özünü çox inamlı aparmaga başladı və xalq onu sidq ürəklə qəbul etdi. Artıq Lazıma inanıb hərə bir tərəfdən yardım etməyə başlamışdı, onun həmişəlik qalıb getməməsi üçün əlindən gələni edirdi. Dogrudur, Lazımı bir dəfə Moskvada 11 saatlıq həbs edib hədə qorxu gəlməyə başlamışdılar və xalq onun xilası üçün çox dua etmişdi. Amma sonunda vəziyyətdən çıxmağı bacarmışdı. Günlər, həftələr keçir, Lazım öz işini görürdü. Xalq da buna sevinir, gələcək planlar qururdu.Təbii ki, hər kəs “aman, Lazımı qoruyun birdən yenə qorxuzarlar və ya küsüb gedər”- deyə narahat olurdu. Lazım artıq xalqı çox sevmişdi və heç getmək istəmirdi. Lakin bir gün onun qarşısını Ayı yenə kəsdi. Lazım artıq yolun sonu oldugunu anlamışdı. Ayı ona xalqla normal şəkildə vidalaşmağa belə imkan vermədi. Lazım çox kədərli şəkildə geçə saat 3də xalqla sagollaşdı. Xalq isə nə baş verdiyini anlamadı. Bir qismi Lazımın işini bitirdiyini düşünüb onu bayramla yola salırdı, bir qismi isə Ayının onu təhdid etdiyini bildiyi üçün ağlayaraq bayram edənlərə baxırdı. Lazım isə bu xalqdan heç ayrılmaq istəmirdi. Axı necə ayrılsın, Onu necə qarşılayıb, necə sevmişdilər. O isə Ayının təhdidi ilə getməyə məcbur olmuşdu. Lazım sakitcə, kədərli və nə vaxtsa bir də geriyə dönmək arzusu ilə buraları tərk edirdi. Amma çox uzağa gedə bilmədi, bəlkə nə vaxtsa yenə ,,Lazım gəl” çagıran olar deyə. Bu dəfə çox gec qalmamaq üçün tam sərhəddə gözləyir.
Xankəndi, Xocalı, Xocəvənd və Ağdərə isə hələ də Lazımı gözləyir.

Sevinc

Bunu paylaş: