Layic tərəfindən verilmiş 5 vəsatətin heç biri məhkəmə tərəfindən təmin edilməmişdir

Bu gün 22.08.2022-ci il tarixində Bakı Birlik Təşkilatının sədri, KİM TV internet kanalının jurnalisti, siyasi məhbus Abid Qafarovun Yasamal rayon Məhkəməsinin çıxartdığı 13.06.2022-ci il tarixli qanunsuz hökmdən verdiyi apellyasiya şikayətinə Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə hazırlıq məhkəmə prosesi keçirilmişdir.

Hazırlıq məhkəmə prosesində Abid Qafarovun vəkilləri Elçin Sadıqov və Aqil Layic tərəfindən verilmiş 5 vəsatətin heç biri məhkəmə tərəfindən təmin edilməmişdir.

“İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” insan hüquqları təşkilatı  Abid Qafarovun həbsini siyasi motivli hesab edir və hakimiyyətdən onun azad edilməsini tələb edir.

Mərkəz olaraq Abid Qafarovun Məhkəmə proseslərini izləməkdə davam edəcəyik.

Bunu paylaş:

Bir cavab yazın