Lavrovun Ermənistana səfəri zamanı, Paşinyan Köçəryan və Sarkisyanı təhqir etdi

 

Bildiyiniz kimi, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Ermənistanda rəsmi səfərdədir. Bu səfər çərçivəsində Lavrovun Ermənistanın XİN Ara Ayvazyanla görüşü baş tutmuşdur. Bu görüşün sonunda birgə bəyanatla çıxış etmişlər. Hər iki tərəf Zəngəzur bölgəsinin Azərbaycana qaytarılması və komunikasiyaların açılmasının mühümlüyünü bildirmişdir.

Sergey Lavrovun Ermənistana səfəri daxildə müsbət qarşılanmamışdır. Şəhər mərkəzində bu yürüşlə bağlı toplaşan müxalifət nümayəndələri, Rusiyanın və Sergey Lavrovun əleyhinə təhqiramiz sözlər işlətmişlər. Onların tələbi Rusiyanın Ermənistandan rədd olub çıxmağı olmuşdur. Ermənistan xalqı: “Rusiyanın köləsi olmaq istəmirik”,- kimi şüralar səsləndirmişdir.
Ən maraqlı çıxışı isə Nikol Paşinyan etmişdir. Ermənistan Baş Nazirinin, Robert Köçəryan və Serj Sarkisyana birbaşa xain söyləməsi ölkədə rezonans yaratmışdır.

Bildiyiniz kimi, keçmiş prezidentlərin hər ikisi Rusiyanın bir nömrəli adamlarıdır. Lavrovun Ermənistanda olduğu bir vaxta, Paşinyan tərəfindən bu ifadənin işlədilməsi Kremlə birbaşa mesaj kimi dəyərləndirilə bilər. Son vaxtlar Qərbin Ermənistan üzərindəki üstünlüyü Rusiyanı narahat etmiyə bilməzdi. Lavrova səfəri zamanı ola bilsin ki, rəsmi İrəvan xəbərdarlıq etmişdir. Bu vəziyyətdən rəsmi Bakı istifadə etməlidir.

Mikayıl Əsədov.

Bunu paylaş: