Lavrovun bölgəyə səfərinin səbəbi Mollaları razı salmaqdır?

 

Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun Azərbaycana səfəri ilə bağlı dəyişikliklər etməsi və birdən istiqamətini dəyişərək İrana səfər etməsi nədən xəbər verməkdədir? Söhbət son zamanlar Azərbaycan-Ermənistan arasındakı sülh danışıqlarından gedir. Məsələ burasındadır ki, Mollalar Azərbaycanın öz sərhədlərini bərpa etməsindən çox narahatdır. Ən azından onların xislətini 44 günlük müharibə zamanı daim ermənilərə köməklərini də görmüşük.

Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti arasında son baş tutan telefon danışığından da görünür ki, Moskva və Ankara razılığa gəlmişlər.
Əvvələr qeyd etdiyimiz kimi Ukrayna müharibəsində neytrallıq və Skandinavların NATO-ya qəbul edilməsinin qarşısı alınması Putinlə Ərdoğan arasında olan razılaşmanın bir hissəsidir. Bunun müqabilində isə, Türkiyə özünün təhlükəsizliyini Suriyada, Azərbaycanın təhlükəsizliyini isə, Rusiya, Iran, Ermənistan sərhəddində qorumaqdır.

Görünür, son zamanlar ölkəmizdə olan İran fanatlarının da aktivliyi bununla əlaqədardır. Bu səbəbdən Lavrov İranı razı salmaq üçün səfərini birbaşa Mollaların yanına etmişdir.

Çox təəssüf ki, Amerikanın son zamanlar Türkiyəyə qarşı apardığı uzaqlaşdırma siyasəti rəsmi Ankaranı düşmənlərimizlə masaya oturmağa məcbur edir. Bu gün reallıq budur ki, Türkiyə artıq öz iradəsi üzərindən siyasətini qurmaqdadır.
Beləliklə, Lavrovun İran səfəri bölgədə Türkiyə və Rusiya arasındakı münasibətlərin genişlənməsinə və Mollaları isə sakitləşdirmək üçün nəzərdə tutulub.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın