Lavrovun İran, Azərbaycan və Ermənistana 3-lük səfəri

 

 

Lavrov və Paşinyan: “Bizim məqsədimiz onları (Azərbaycanlıları) yerinə döndərməyə çalışmaqdır”.
“Allah eləməmiş ölkəmizdə qarışıqlıq olarsa və bu qarışılıqdan kimin faydalandığına nəzər edilərsə Rusiyanın iqtidardrda yerləşdirilən və bu gün kənarlaşdırılan “5-ci kolonu” nun təmsilçiləri və bu kolonun ehtiyat təkəri olan ölkəmiz üçün təhlükəli tendesiya olsa da, xalqamızı aldadıb, özlərini xalq üçün mübarizə aparan müxalifət liderlərinin və tərəfdarlarının da işarəsini verdi”.
Bismilləhir rahmənir rahim. Ötən yazımda Rusiya hakimiyyəıtiunin Moskva bazarında Azərbaycanlılara qarşı göstərdiyi təzyiqlər və onun mahiyyəti haqqında izah vermişdim. Hər gün yeni yeni xəbərlər ortaya çıxdıqda görürsən ki, Rusiya yerində otura bilmir. Hansı bölgədə və hansı ölkədə bir münaqişə varsa orada Rusiyanın barmağı görsənməkdədir.

Son vaxtlar Rusiya xarici işlər naziri Lavrovun İran, Azərbaycan və Ermənistan 3-lük səfərində üzdə mövcud vəziyyətlə bağlı söhbət aparılsa da İrana və Ermənistana səfəri Azərbaycana təzyiq və qorxutmaq işarəsi idi. Mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatlardan görünür ki, bu səfəör də Lavrovun hədə barmağı cibindən çıxmadı. Dövlət başçısının qətiyyətli və cəsarətli addımı Lavrovu gözlənilməz publika qarşısında qoydu. Lavrov isə vəziyyətdən çıxmaq üçün siyasi diplamatiyaya uyğun özünü xoş niyyətli göstərərək, yaranmış vəziyyətin Qarabağda həlli üçün cəhd göstərdiyini ifadə elədi.
İstədiyinə və niyyətinə nail olmayan Lavrov Ermənistana etdiyi səfərdə Batının adamı kimi hakimiyyətə gətirilmiş Rusiya tərəfindən qəbul olunmayan Paşinyana görünür təsir edə bilmişdi. 12.05 2021 il tarixində Paşininyanı Ermənistan Parlamentindəki çıxışında “Bizim məqsədimiz onları (Azərbaycanlılarıı) yerinə döndərməyə çalışmaqdır” ifadəsini işlətməsi onu göstərir ki, Lavrovun İranın mövcud vəziyyətdə Azərbaycana qarşı təısir etmək iqtidarında olmadığını bilir və yenə də 1990-ci ildəki kimi Azərbaycana qarşı erməni kartından istifadə etmək istəyir.
Paşinyanın işlətdiyi bu ifadə həm də onu göstərir ki, o özü də keçmiş Rusiyapərəst qüvvələrin qarşısında çətin durumdadır. Bu sözü işlətməkdə Lavrovun ona gizli təklifləri ilə razılaşdığını göstər. Yəni bütün görüşlərdə və bütün məsələlərdə Lavrovun – Rusiyanın məqsədi eynidir. Hər nə cəhd olur olsun Azərbaycandan çıxmamaq və bölgəyə sahib olmaq durur.
Lavrovun Azərbaycana qarşı arxada gizli tutduğu niyyətləri çox çəkmədi ki, Paşinyanın dilindən ortaya çıxdı.
Təbiidir ki, Rusiya imperiya olaraq belə addımı atıb, atır və atacaqdır. Amma Rusiya imperiya hisslərinə o qədər şəhvətlidir ki, mövcud vəziyyətdə yeni dünya düzümü siyasətində qüvvəlləır nisbətini hesablaya bilmir.
Erməni hakimiyyəti və erməni xalqı əgər Qarabağ müharibəsindən dərs almadısa, yenidən Rusiyanın və bizə qarşı olan digər güc ölklıriərinin əlində yenidən maşaya çevrilib, müharibəyə girsə bu dəfə əminəm ki, Erevan tarixi adına çönüb, İrəvan yazılacaqdır.
Rusiya Azərbaycanın strateji maraqlarını Türkiyə – Avropa strateji müttəfiqliyinin qrşısını almaq məqsədi ilə ən təhlükəli addım olan ”5-ci kolon“ tərkibinə daxil olan komandasının vasitəsi ilə ölkə daxilində qarışıqlıq yaratmaqdır. Vaxtında deyilməmiş söz sonradan deyilərsə şantaj olduğu məntiqini götürsək, uzun müddətli milli qüvvə adı altında gizlənmiş komanda üzvlərinin Rusiya kəşfiyyatı orqanları tərəfindən iğtişaş yaradacaq saxta materialların verilməsi də Rusiyanın Azərbaycana qarşı apardığı təxribatın tərkib hissələrindən biridir. 2 gün öncə Lavrovun səfəri bitməmiş Qənimət Zahidin Turan TV-dən yayımladığı məlumatların mahiyyəti Rusiyanın təxribatı kimi ortaya çıxdı. Və hər kəs özü özlüyündə verilən məlumatların mənbəyinə baxdıqda belə qənaətə gələr ki, əgər Allah eləməmiş ölkəmizdə qarışıqlıq olarsa və bu qarışılıqdan kimin faydalandığına nəzər edilərsə Rusiyanın iqtidardrda yerləşdirilən və bu gün kənarlaşdırılan “5-ci kolonu”nun təmsilçiləri və bu kolonun ehtiyat təkəri olan ölkəmiz üçün təhlükəli tendesiya olsa da, xalqamızı aldadıb, özlərini xalq üçün mübarizə aparan müxalifət liderlərinin və tərəfdarlarının da işarəsini verdi.

Görünən odur ki, Rusiya tərəfdarlarının bu addımları axmaqlıqdan bataqlığa düşüb, çabalayan insana bənzəyir.
Azərbaycana – ölkəmizin daxilinə gəldikdə isə hakimiyyət və bütün vətəndaş cəmiyyətləri dövlətimizin, vətənimizin təhlükəsizliyi naminə hamılıqla səfərbər olmalıdır. Bu cür təxribatlara uymamalı, düşmən əlində maşaya çevrilmiş adı bizlərdən olan qanı xarab xainlərə qarşı çıxmalıdır.

Tahir Abbaslı.

 

Bunu paylaş: