Lavrovun ölkəmizə səfərinin məqsədi Azərbaycanı KTMT-də müşahidəçi statusuna məcbur etməkdir?

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun iyunun 23-24-də Azərbaycana səfəri nəzərdə tutulur. Bu barədə Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova bildirmişdir. Lavrovun Azərbaycana səfərinin arxasında bir çox vacib məsələlərin olduğu heç kimə sirr deyil.
Nəzərə alsaq ki, Lavrov bu yaxınlarda Türkiyəyə, oradan Ermənistana səfər etmişdir.

İlk öncə Rusiya XİN – nin Bakıya səfərinin arxasında Azərbaycan Ermənistan problemi durmaqdadır. Ermənistan sülh və sərhəd məsələlərini uzatdıqca rəsmi Bakının da səbri tükənməkdədir. Liderlərin Brüssel görüşündən sonra, Rusiya yenidən bölgədə mövqeyini möhkəmləndirməyə çalışır. Bilirik ki, Qərb Rusiyanı Qafqazdan çıxarmaq planını işə salmışdır.

Ola bilər ki, Lavrov bu görüşdə Azərbaycanın hansısa quruma üzv olmağını yenidən gündəmə gətirsin. Söhbət Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına ən azından müşahidəçi qismində iştirakından gedir. Bir müddət əvvəl də KTMT-nin iclasında Rusiya prezidenti Vladimir Putin bəzi dövlətlərin müşahidəçi qismində iştirak edə biləcəyini açıqlamışdır.

Bu gün Rusiyanın istəyi bundan ibarətdir ki, Azərbaycanı ən azından özünü üzvü olduğu hər hansı quruma soxsun.
Rusiya isə, bunun əvəzində Ermənistanın işğalçı ordusunu Azərbaycan ərazisindən çıxarar və Zəngəzur, Laçın, Xankəndi məsələlərini həll edə bilər.
Bu gün Lavrovun Azərbaycan səfərinin məqsədi, ölkə rəhbərliyini inandırmaq olacaqdır.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın