Lavrov “Türk Təşkilatı” na etiraz etdi

 

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov, “Türk Təşkilatı” barəsində maraqlı açıqlama ilə yadda qalıb. O, bir müddət əvvəl Türkiyənin MHP – lideri Dövlət Bahçelinin Rəcəb Tayyib Ərdoğana bağışladığı hədiyyəyə öz fikrini bildirmişdir. Rusiyalı nazir qeyd etmişdir ki, əgər bu xəritə türk dünyasının mədəniyyətini əks etdirirsə, biz bunu alqışlayırıq. Lakin bu xərtə başqa məna daşıyırsa, yəni hərb anlamında, bu zaman biz buna cavab verəcəyik.

Sergey Lavrov “Türk Təşkilatı” nın tərkibində olan dövlətləri də təhdid etməkdən belə çəkinməyib. O, kimlərin bu təşkilat vasitəsi ilə ordu yaratmaq fikri olarsa, bu zaman çox böyük fəsadlara məruz qalacaqlarını bildirmişdir.
Həmin xəritədə Rusiyada yaşayan türk əsilli millətlərin də çoğrafiyası qeyd olunduğundan, Rusiya tərəfi narahatlıq keçirməkdədir.
Görünür, MHP liderinin bu hədiyyəsi Rusiyanı dövlət səviyyəsində qəzəbləndirmişdir. Sergey Lavrov qeyd etmişdir ki, Türkiyəli həmkarı ilə bu barədə söhbət edəcəkdir.

İlk olaraq qeyd etmək istəyirik ki, Rusiya “Türk Təskilatı” nın fəaliyyətinə heç bir maneə yarada bilməz. Çünki Putin bu işdə sadəcə, Türkiyənin NATO- dan uzaqlaşmasını istəyir ki, bu da rəsmi Ankara üçün bir vasitə ola bilər. Əgər “Türk Təşkilatı” ordusu yaradılsa, Türkiyə NATO-dan imtina edəcəkdir.

Digər tərəfdən isə, bu xəritə hesablanmış şəkildə hazırlanmışdır. Qərb Rusiyanın çökəcəyinə ümid edir. Bu zaman isə, Türkiyənin payına düşən bu xəritədə öz əksini tapmış olduğu deməkdir. Beləliklə, hər iki tərəfdə “Türk dünyası” möhkəmlənə bilər.

Əgər Rusiya belə düşünürsə, niyə Krımı hələ də işğalda saxlayır?.
Necə ki, onlar Krımı öz ərazisi elan edir, Türkiyənin də “Türk millətləri” ni öz ərazisi hesab etməyə haqqı vardır.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın